Güntay Gəncalp (Mənuçehr Cavanşir) — şair, yazıçı, araşdırmaçı.
Həyatı Güntay Gəncalp 1966-cı il 21 dekabrda İranın Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub.
İbtidai təhsili Limli kəndində, orta məktəbi Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə olduğundan türk dilində qəzetlər yenicə işıq üzü görürdü. Əvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Bakıda 6, İranda 2 kitabı çap olunub.
Finlandiyada mühacirətdə yaşayan publisist Güntay Gəncalp Amerikanın Səsinə müsahibədə Azərbaycan tarixinin yazılış tərzini tənqid edib. Onun sözlərinə görə müxtəlif siyasi rejimlər altında formalaşan tarixi şüur əksər hallarda qüsurlu şəxsiyyətləri milli qəhrəmana çevirərək Azərbaycanın təkamülünü yanlış istiqamətə yönəldib.
Əslən Ərdəbil vilayətinin Muğan bölgəsindən olan araşdırmaçı yazarın son zamanlarda Səfəvilər dövləti, onun banisi Şah İsmayıl Xətai, habelə Hurufilər və İmaddəddin Nəsimi ilə bağlı yazdıqları böyük polemikalara səbəb olub. Güntay Gəncalpın fikrincə şiəliyi Azərbaycan gətirməklə, bu toplumu türk dünyasından ayıran Şah İsmayıl Azərbaycan dövlətçiliyini formalaşdıran deyil, onun təkamülünün qarşısını alan bir şəxs sayılmalıdır. Belə ki, onun qurduğu dövlət Azərbaycan məmləkətinə deyil, İran imperiyasının yaranmasına yol açdı.İndiki İslam Respublikası Səfəvilər dövlətinin varisidir.
Güntay GəncalpGüneyli publisist hesab etdiyini bildirib ki, uzun müddət Azərbaycan türkləri yad siyasi rejimlərin əsarəti altında yaşadıqlarından onların tarixləri də həmin qüvvələr tərəfindən diktə edilib. Nəticədə, Azərbaycan xalqına qəhrəman qismində bu millətin həqiqi qurucuları və şəxsiyətləri deyil, Sovetlərin yaxud İrançıların müsbət hesab etdiyi şəxsiyyətlər sırıdılıb.
Səfəvilər kitabının müəllifi müasir tarix elmini “sadəcə tarixi olayların sadalanması kimi” deyil, “olayların incələnməsi” kimi qiymətləndirir. Onun sözlərinə görə, “tarixçilik” ilə “tarix yazmaq” eyni şeylər deyil, və indiki tarixçilər keçmişdəki tarix yazarlarının yazdıqlarına istinad edərək indi məqbul olan informasiya əsasında tarixi olayları təhlil etməlidirlər.
Əsərləri
Kitabları
thumb|180px|"Yüksəl Birol" romanımdakı Həlimə və Güntay Gəncalp
Əvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Bakıda 6, İranda 2 kitabı çap olunub.
Kitabın adı İçindəkilər Şəhər Nəşriyyat İl Səhifə ISBNSezənin sevgisiHekayələr toplusu Bakı Tehran Qanun Şabək 2007 2011 308 300 Q 150000104/ABO22051Yüksəl Birol Roman Bakı Qanun 2009 180Q 150000104/ABO22051Qaranlıqda çaxan ildırımlarMəqalələr toplusu Bakı Qanun 2009 316 Q 150000104/ABO22051On iki əsr sükut Tərcümə Bakı Qanun 2002 280 Q 150000104/ABO22051Abbas Mirzə və Azərbaycan Tərcümə Bakı Tehran Qanun Kərəc Pınar 2002 2009 280 192 Q 150000104/ABO22051Pərdələr arxasında gizlədilən tarix Tərcümə Bakı Qanun 2008 308 Q 150000104/ABO22051Qırmızı balıq Uşaqlar üçün roman Tehran Təkderəxt 2010 91978-600- 5559-49-1 Bütün insanlar qardaşdır Mahatmaq Qandi Tərcümə: Güntay Gəncalp 2011-ci il
"Tahirə Qurrət-ul Eyn" Dörd pərdəli pyes Tahirə Qurrət-ul Eyn. "Səməd Behrəngi" Oynav(pyes) http://gencalpguntay.blogspot.com/2010/11/smd-behrngi-oynav-pyes.html Səməd Behrənginin "Qaraca balıq" hekayəsinin davamı olaraq, yazdığı "Qırmızı balıq" Qırmızı balıq və bir də "Qocabəylilər" adlı böyük romanı bu günlərdə Bakıda çap olunacaq.
Məqalələri "Axundovçuluq və antiaxundovçuluq üzərinə" "Axundovçuluq və antiaxundovçuluq üzərinə" "Türkiyə- İran ilişkiləri və İran türkləri" "Hüseyin Cavidin təsvir etdiyi Atatürk obrazı" Pro. Dr. Cavad Heyət
İstinadlar
Xarici keçidlər Güntay Gəncalp şəxsi bloqu Güntay Gəncalpın şeirləri Güntay Gəncalpın tarix, tərcümə, şeir və hekayələri Güntay Gəncalpın hekayələri Güntay Gəncalpın tərcümələri Atatürk örnəyi və Milli Qurtuluş Hərəkatı Güntay Gəncalp "Anti Axundov"çuluq nədir?
Sezənin sevgisi Yüksəl Birol Abbas Mirzə və Azərbaycan Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan milliyətçiləri