Bronislav Maria Komorovski — 2010–2015-ci illərdə Polşa prezidenti.
Həyatı 1952-ci ildə anadan olub. Varşava Universitetinin tarix fakültəsini bitirib. Sosialist Polşası zamanında ictimai fəaliyyətinə görə bir neçə dəfə həbsdə olub.
1990-cı ildən Polşa hökumətində və parlamentin aşağı palatasında – Seymdə müxtəlif vəzifələr tutub. 2000–2001-ci illərdə müdafiə naziri olub. 2007-ci ildən Seymin sədri olmuşdur.
Vətəndaş Platforması Partiyasını təmsil edən Bronislav Komorovski 2010-cu ildə Polşa prezidenti seçilib. Aprelin 10-da təyyarə qəzasında həlak olan prezident Lex Kaçinskinin səlahiyyətlərini icra edən Seym sədri iyulun 4-də keçirilən ikinci turda səslərin 52 faizini yığaraq yeganə rəqibini — sabiq baş nazir Yaroslav Kaçinskini geridə qoyub.
Evlidir, 5 övladı var.
İstinadlar
Kateqoriya:Polşa prezidentləri Kateqoriya:Polşada doğulanlar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri