Sonuncu şam yeməyi () — XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən Lüdoviko Sfroza və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmi. Rəsm əsərinin mövzusu Yəhya İncilində 13:21 təsvir edilmiş İsanın sonuncu şam yeməyi mövzusundan götürülmüşdür. Bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi.

Əsər thumb|350px|right|Da Vinçinin "Sonuncu şam yeməyi" üçün eskiz çalışmaları. Sonuncu şam yeməyi əsəri 450 × 870 sm (15 x 29 fut) ölçüdə olub İtaliyanın Milan şəhərindəki Santa Mariya della Qrasiya monastırının yemək otağının arxa divarında çəkilmişdir. Da Vinçi əsəri işlədiyi zaman otaq yeməkxana olmasa da, bu mövzu məbəd yeməkxanaları üçün üstünlük verilən ənənəvi mövzulardan olmuşdur. Əsərin işlənməsi zamanı monastırın əsas kilsə binası yenicə tamamlansa da (1497) Ludoviq Sfroza tərəfindən tutulmuş Donato Bramante tərəfindən yenidən işlənilirMagnano, cit., pag. 24. və binanın Sfrozalar ailəsinin türbəsi olması nəzərdə tutulurdu. Əsər də Sfroza tərəfindən türbənin mərkəzi divarını bəzəmək üçün sifariş edilmişdi. Şəklin əsas hissəsinin üstündə olan tavanla əsər arasındakı hilal şəkilli aralıq hissə, üç kəmər sırasıyla bəzədilərək mərkəzdə Sfroza ailəsinin gerbi təsvir edilmişdir. Sonuncu Şam Yeməyi əsərinin işləndiyi divarın qarşısındakı divarda isə Covanni Donato da Montorfano İsanın (ə.s.) xaça çəkilməsi səhnəsini təsvir edən bir əsər işləmişdir. Leonardo da Vinçi isə əsərə sonradan Sfroza ailəsinin üzvlərinin təsvirini daxil etmişdir. Lakin həmin əsər, eləcə də əsərə sonradan Da Vinçi tərəfindən əlavə edilmiş obrazlar Axırıncı Şam Yeməyi əsərindən daha çox ziyan çəkmiş və tanınmayacaq qədər pozulmuşdur. thumb|200px|left|Da Vinçi əsəri Santa Mariya delle Qrasiye monastırının yemək otağının divarında işləmişdir. Leonardo təxminən 1495-ci ildə əsəri işləməyə başlamış və 1498-ci ildə əsər üzərində işi bitirərək, üstündə işləməyi dayandırmışdır. Da Vinçinin əsər üzərində işləməyə başladığı tarix dəqiq məlum deyil. "Çünki monastırın arxivi məhv edilmiş, mütəxəssislərin əldə etdikləri yeganə sənəddə isə əsərin 1497-ci ildə işlənməyə başlaması qeyd edilir. Lakin həmin tarix Da Vinçinin əsəri bitirmə tarixinə çox yaxın olduğu üçün heç bir mütəxəssis tərəfindən qəbul edilimir."Kenneth Clark.Leonardo da Vinci, Penguin Books 1939, 1993, p144.

Əsərdə İsanın xəyanət barədə xəbərini alan həvarilərin üzündəki təəccüb xüsusilə vurğulanmış, nəzərə çarpacaq şəkildə təqdim edilmişdir. Hər bir həvarinin üzündə özünəməxsus qəzəb, təəccüb dolu baxışlar təsvir olunmuşdur. Da Vinçi həvarilərin simasını qədim əlyazmaları tədqiq etdikdən sonra, oradakı qeydlərə və təsvirlərə əsasən dəqiqliklə göstərməyə çalışmışdır. Bu əsərə qədər isə yalnız İuda, Pyotr, İoann və İsanın (ə.s.) təsvirləri dəqiq şəkildə işlənmişdir. Soldan sağa doğru Müqəddəs Varfolomey, Müqəddəs Yakov və Müqəddəs Andrey bir qrup şəklində təəccüblü simalarla göstərilmişdir. İuda İskariot, Müqəddəs Pyotr və Həvari İoann isə bir üçlükdə təsvir edilmişdir.

İuda yaşıl və mavi rəngli paltarda, xeyli arxaya çəkilmiş və planlarının açığa çıxmasından böyük narahatlıq keçirməsini gizləməyə çalışırmış kimi təsvir olunmuşdur. O, əlində balaca kisə tutub. Ola bilsin ki, bu kisə onun İsanı satması qarşılığında aldığı gümüş və ya onun on iki həvari arasında oynadığı vəznədar roluna işarədir. Həmçinin o, əsərdə yeganə obrazdır ki, dirsəyi stolun üstünə dayanmışdır. Pyotr əsəbi görünür və əlindəki sivri uclu bıçağı üzü qərbə tərəf olmağla İsadan uzaqda tutmuş vəziyyətdə dayanmışdır. Bu ola bilsin ki, onun gələcəkdə İsanın tutulması zamanı Geşemanaya göstərəcəyi sərt reaksiyaya işarədir. Gənc həvari İoann isə bayqın halda təqdim edilmişdir (bəzi tədqiqatçılar bu obrazın xüsusiyyətlərini incələyərək, onun həvari İoann yox, İsaya xüsusi yaxınlığı ilə seçilən Mariya Maqdalena olduğunu və Da Vinçinin bu obrazı şam yeməyində təsvir etməkə xristianlığın hansısa gizli məqamlarına işarə etdiyini iddia edirlər. Çünki Sonuncu şam yeməyini təsvir edən müqəddəs mətnlərin heç birində Mariya Maqdalenanın bu mərasimdə iştirak etməsi haqqında qeydlər yoxdur.

Altı həvaridən sonra, əsərin mərkəzində ən önəmli fiqur olan İsa təsvir edilmişdir. O, qırmızı və mavi paltar geyinmiş, uzun saçları isə ənənəvi şəkildə çiyninə tökülmüşdür. İsanın üzündə qəmli ifadə olmaqla yanaşı, o danışırmış kimi görsənir və başını bir qədər sola əymiş vəziyyətdədir.

İsadan solda isə daha üç həvari – Müqəddəs Foma, Yakov Zevedee və Müqəddəs Filip növbəti üçlük kimi göstərilmişdir. Fomanın arxaya itələnməsi açıqca görünür, onu arxaya itələyən Yakov isə coşmuş şəkildə, hər iki əli havada, sinəsini qabağa verərək sanki İsanı qorumağa çalışır. Eyni zamanda Filip də qəmli görünür. Həmçinin o, sanki nəyinsə açıqlanması üçün xahiş edirmiş kimi İsaya doğru əyilərək, ona baxır. thumb|250px|right|İudanın çörək götürməsi detalı Sonuncu üçlük kimi isə Həvari Matfey, Müqəddəs Faddey və Simon Kananit göstərilmişdir. Faddey və Matfeyin üzü Simona doğru çevrilmiş vəziyyətdədir. Ola bilsin ki, onlar, İsanın açıqlamasından sonra beyinlərində yaranmış suallara Simonun cavab verə biləcəyini düşünmüşlər.Bartolomeo Sanese, De vita e moribus B. Stephani Maconis Senensis Carthusiani, Sienne, 1626,

O dövrdə Sonuncu Şam Yeməyi təsvirlərində yayğın olan xüsusiyyətlərdən birini bu əsərdə də görmək mümkündür. Belə ki, Leonardo da bir çox XV əsr İtaliya rəssamları kimi əsərdəki personajları masanın bir tərəfində elə oturtmuşdur ki, onlardan heç birinin arxası izləyiciyə tərəf deyil.Magnano, cit., pag. 26. Lakin daha əvvəlki zamanlarda bu mövzuda çəkilmiş əsərlərdə İuda masanın qarşı tərəfində tək halda, İsa isə İuda xaric digər on bir həvarinin arasında təsvir edilirdi.Magnano, cit., pag. 147. Leonardo isə yalnız İuda obrazını bir qədər kölgəli təsvir etməklə kifayətlənmiş, lakin onu digər on bir həvaridən ayırmayaraq isayla bir cərgədə, həm də İsanın yaxınlığında təsvir etmişdirMatteo Bandallo, Nouvelles, 1554 puis 1573, édition française, Imprimerie nationale, 2002, p 274 – 275.. İsa güman edir ki, gələcəkdə onu satacaq adam masada hamıdan əvvəl çörək götürəcək. O, bunları düşünərkən Tomas və Ceyms İsanın verdiyi xəbərə sərt reaksiya göstərirlər. Lakin İsa düşündüklərini həvarilərinə demir. Söhbət əsnasında əhvalı korlanmış İuda özü də bilmədən əlinə bir parça çörək alır.Matfey 26 : 23 Beləcə mələklər İsanın beyninə zəka işığı salaraq kimin onu satacağı haqqında əvvəlcədən məlumat verirlər.

Əsərdə üç rəqəmi ilə bağlı xüsusi diqqətə layiq xüsusiyyətlərin olması nəzərə çarpır ki, bunu da tədqiqatçılar xristianlıqdakı Müqəddəs Üçlüklə (Müqəddəs Ata, Oğul və Ruh) əlaqələndirirlər. Belə ki, təsvirdə həvarilə üçlük qruplar şəklində əyləşmişlər, İsanın arxasında üç pəncərə var və ən nəhayət İsanın duruş şəkli əsərin tam mərkəzində bir üçbucaq əmələ gətirir. Lakin bu üçbucağı gizli paqan təriqətlərlə də əlaqələndirən tədqiqatçılar vardır.Lynn Picknett and Clive Prince, Turin Shroud, In Whose Image?, Harper Collins Publishers, New York 1994. Lynn Picknett and Clive Prince, La rivelazione dei Templari, Sperling & Kupfer Editori, Milano 1997

Xüsusiyyətləri Da Vinçi Sonuncu Şam Yeməyi əsərini suvağa nisbətən daha sərt və quru divar üzərində işləmişdir və bu səbəbdən də o, əsl freska deyil. Çünki rəssam işi freska kimi qəbul edilə bilməz. Leonardo o zamana qədər mövcud olan freska yaradıcılığı ənənələrindən kənara çıxaraq daş divarın səthini yonaraq hamarlaşdırmış, gesso və mastika ilə üzlədikdən sonra, tempera ilə həmin səthi sərtləşdirmişdir.<ref>Kenneth Clark, Introduzione a Studi sul Cenacolo, Electa, 1983.</ref> Məhz bu səbəbdən də Leonardonun əsəri tamamlamasından bir neçə il sonra artıq xarab olmağa başlamışdır.Pedretti Carlo (a cura di), Leonardo. Studi per il Cenacolo dalla Biblioteca Reale nel Castello di Windsor. Electa, Milano 1983.

Sonuncu şam yeməyi əsərinin iki erkən nüsxəsi mövcuddur ki, onların da Leonardonun hansısa tələbəsinə aid olması güman edilir. Nüsxələr demək olar ki, orijinalla eyni ölçülərə malikdirlər və əsərdən fərli olaraq kağız üzərində olan erkən nüsxələrdə bəzi xırda detallar xarab olmadan, dəqiqliklə dövrümüzə çatmışdır.

Zədələnməsi thumb|200px|left|İkinci dünya müharibəsi zamanı bombalanmış yemək zalında Sonuncu Şam Yeməyi əsəri qum dolu kisələrlə qorunmuşdur. Şəkildə əsər sağdakı üstü örtülü divardadır. 1517-ci ilin əvvəllərində əsərin parçaları artıq yavaş–yavaş qoparaq tökülməyə başlamışdır.voir André Chastel, Le cardinal Louis d’Aragon, Fayard, 1986, p.197. 1556-cı ildə – Leonardonun əsəri tamamlamasından 58 il sonra Leonardonun bioqrafı Corcio Vasari artıq qeyd edir ki, əsərin yalnız qalıqları durur və sonra bildirir ki, obrazların kimliyini seçmək mümkün deyil.Giovanni Paolo Lomazzo, Trattaro della Pittura, 1584, Milan. 1652-ci ildə əsər boyunca qapı arası hissə (sonradan həmin hissənin əvvəlki kimi bərpa edilməsi də mümkün olmayıb) kəsilmiş, daha sonra isə yerinə yapışdırılaraq bərpa edilmişdir. Bunu indi əsərin mərkəzi hissəsinə yaxın düzgün quraşdırılmamış arka detallarından açıqca görmək mümkündür. Əsərin ilkin nüsxələrinə istinad edərək qeyd edilir ki, İsanın ayaqlarının duruşu gələcək xaça çəkilmə hadisəsini simvolizə edəcək şəkildə çəkilmişdir. Lakin bu gün əsərin həmin hissəsində sonradan kobud şəkildə quraşdırılmış arka var və İsanın ayaqları detalı yalnız ilkin nüsxələrdə qorunmuşdur. 1768-ci ildə isə əsəri qorumaq məqsədi ilə uzun illərdən bəri əsərin üstündən asılmış pərdə götürülmüşdür. Lakin xeyirxah məqsədlə edilmiş bu dəyişiklik də əsərin zədələnməsinə və ziyan çəkməsinə səbəb olmuşdur. Belə ki, uzun illərdir pərdənin qoruduğu əsərin üzü açıldıqdan sonra divarın nəmlənməsi nəticəsində əsər islanmış, təkrar pərdənin divara asılması zamanı isə pərdə sulu divara yapışaraq əsərin rənglərinin qarışmasına və daha da xarab olmasına səbəb olmuşdur.

1796-cı ildən etibarən monastırın yeməkxanası İtaliyaya soxulmuş fransız ordusunun silah anbarı kimi istifadə olunmağa başlayır. Fransa ordusunun əsgərləri əsərin üstünə daşlar ataraq ona çox ciddi zədələr vurur, bu da azmış kimi, nərdivanla yuxarı çıxaraq həvarilərin gözlərini oyur və divarda deşiklər açırlar. Leonardonun yaratdığı dünya mədəniyyətinin ən nadir incilərindən biri olan bu divar rəsmi tanınmayacaq hala salınaraq zədələndirilir. Daha sonra isə monastırın həmin yeməkxanası həbsxana kimi istifadə olunmağa başlayır. Həmin dövrdə də əsərə çox ciddi ziyan vurulur.

İkinci dünya müharibəsi zamanı, 15 avqust 1943-cü ildə monastırın yeməkxanası bomba ilə vurulur. Qumla doldurulmuş torbalar vasitəsiylə əsərin bombanın qəlpələrindən zədə almasının qarşısı önlənsə də bombanın yaratdığı güclü titrəmə də əsərə zərbə endirir.

Bərpası thumb|370px|right|1520-ci illərdə Giampietrino ləqəbi ilə tanınmış italyan rəssamı Covanni Pietro Rozalli tərəfindən çəkilmiş "Sonuncu şam yeməyi" əsəri. London Kral İncəsənət Akademiyasında saxlanan bu əsər Da Vinçinin əsərinin ən yaxşı kopyası hesab edilir və Da Vinçinin əsərinin bərpası zamanı əsas mənbə kimi istifadə edilmişdir. Kopyada Da Vinçinin əsərinin dövrümüzə çatmamış bəzi detalları da saxlanmışdır. Əsərin ilk dəfə bərpa olunmasına 1726-cı ildə Mikelancelo Belotti tərəfindən cəhd edilmişdir. O, əsərdə qopmuş hissələri yağlı boya ilə bərpa etməyə cəhd etmiş, sonra isə bütün divar rəsmini vernikləmişdir. Lakin bu bərpa uğurlu alınmamış, növbəti bərpa isə 1770-ci ildə Cüzeppe Mazza tərəfindən edilmişdir. Mazza Belottinin əsərə əlavə etdiyi bütün hissələri (yağlı boya ilə işlənmiş detalları) əsərdən təmizlədikdən sonra, divar rəsmini demək olar ki, yenidən işləmişdir. O, demək olar ki, əsərdəki hər şeyi yenidən işləmiş, yalnız sonuncu üç simaya (Matfey, Faddey, Simon) əhalinin ciddi etirazından sonra toxunmamışdır.