Anatoli Nikolayeviç Davidoviç (; ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı thumb|left|150 px|Slutsk. Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır.Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin yubiley tədbiri keçirilib // APA. 2015. 30 mart. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib.
1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.
Döyüşlərdə iştirakı "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi. Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu.
Belarus Respublikasının Slutsk şəhərində dəfn edilmişdir.Baş Qərargah rəisi Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət edib
Ailəsi Ailəli idi.
Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xatirəsi thumb|Gəncədəki xatirə lövhəsi Gəncədə küçəyə mayor Davidoviç adı verildi, həmin küçədə barelyefi qoyuldu (10 aprel 2015).
İstinadlar
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 62.
Xarici keçidlər Davidoviç Anatoli Nikolayeviç
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan zabitləri