Talış dili () — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran qolunaAsatrian, G. and H. Borjian, 2005. Talish: people and language: The state of research. Iran and the Caucasus 9/1, p 43-72 daxil bir dil, talışların dili.Талышский язык — Большая Советская Энциклопедия, БСЭ Tat dili və Zaza diliEhsan Yar-Shater (1990). Iranica Varia: Papers in Honor of Professor Ehsan Yarshater. Leiden: E. J. Brill. s. 267Paul, Ludwig (1998). "The Pozition of Zazaki the West Iranian Languages" (PDF). Iran Chamber. Open Publishing.Keskin, Mesut (2012). "Orta ve Eski İrani Dillerin Zazacaya Tuttuşu Işık". ResearchGate.Henning, W. B. The Ancient Language of Azerbaijan”, TPhS 157-77, 1954. Mitteliranisch", in Handbuch der Orientalistik, 1(1), 20-130.Language of Azerbaijan. Transactions of the philological Society, 53(1), 157-177. s. 175. ilə yaxından əlaqəli olan Talış dilindən İranda (əsasən Gilan və ərazisində) və Azərbaycanda (əsasən Azərbaycanın Lənkəran, Masallı, Astara, Lerik rayonlarında) yaşayan talışlar məişətdə istifadə edirlər. Morfologiyasında fletivlik əlamətlərinə də təsadüf edilir. Sintaktik əlaqələrdə qoşma və önlüklərindən geniş istifadə olunur. Təsirli fellərin keçmiş zaman formalarının çoxunda cümlə erqativ quruluşludur. 200px|thumb|right|Talış ləhcələri
Talış dili iran dilləri qrupunda irani dillər qolunun şimal-qərbi iran dil yarımqrupuna aid Kaspi dil qrupuna daxildir. Bu qrupa həmçinin talış dilinə yetərincə bənzər gilək dili və mazandaran dili, habelə simnan dilləri (simnani, biyabunaki, səngsəri, sorxeyi, əftəri, ləsgedri) və s. daxildirlər.
Talış dili ümumən digər irani dillərlə, zaza, yəni fars, tat, tati, kürd, lur, tacik, osetin, puştu, dəri, bəluc və s. dillərlə, bir az məsafəylə isə həmçinin hind, urdu, benqal, pəncabi, və s. hind dilləri ilə də uzaq-yaxın əlaqədardır.
Həmçinin hind-avropa dillərindən birisi olmasına görə bütün digər hind-avropa dilləri ilə, habelə slavyan (rus, belarus, ukrayna, çex, polyak, serb, və s.), baltik (litva, latış), yunan, german (ingilis, alman, niderland, isveç, norveç, island, və s.), latın/roman (fransız, italyan, rumın, ispan, portuqal, katalan, və s.) və s. dillər ilə uzaq qohumdur.
Təsnifat Talış dili dil elmi baxımından Hind-Avropa dil ailəsinin Hind-İran əsas qrupunun İran qoluna aid bir dildir. Qərbi İran dili olan Talış dili bu qrupun şimal-qərb qoluna aiddir. Qlottoloq talış dilini Türkiyədə danışılan zaza dili və Xəzər dənizinin cənub sahillərində, İranda, Azərbaycanın şimal-şərq rayonlarında danışılan tat dili və onun dialektləri ilə birlikdə şimal-qərb qolunada qədim azəri dilindən törəmiş azəri dilləri qrupuna təsnif edir.
Dialektləri Talış dilinin üç əsas böyük dialekti var — şimal, mərkəz və cənub dialektləri. Şimal dialekti Azərbaycan ərazisində daha çox danışılır, mərkəz və cənub dialektləri isə daha çox İranda yayılıb.
thumb|right|Talış dialektləri arealı
Danışanların sayları 13 – 22 aprel 2009-cu il rəsmi əhali siyahıya alınmasına əsasən ana dili talış dili olan Azərbaycan vətəndaşlarının sayı 68.689 nəfərdir. Tədqiqi Bu dilə aid ilk əsər 1842-ci ildə Londonda nəşr edilib. Həmin ildə rus iranisti Aleksandr Xodzkonun "Specimens of the popular poetry of Persia"adlı əsəri çap edilib. Əsərdə İran dilləri qrupunun Xəzərboyu dillərindən — mazandaran, gilək (gilan) və talış dillərindən nəğmə nümunələri toplanıb. Bu nümunələr ərəb əlifbası ilə verilib. Bundan başqa, mazandaran və talış mətnlərinə dil izahatı, gilək mətnlərinə isə söz (lüğət) izahı verilmişdi. Kitabda on beş dördlük (bənd) təqdim edilir. Bu nəğmələrin dili fars ədəbi dili ilə talış danışıq dilinin qarışığından ibarətdir.https://archive.org/details/cu31924026906168/page/n523
Talış dili haqqında rusca ilk məlumata Straçevskinin 1848-ci ildə Peterburqda nəşr edilmiş "Ensiklopedik məlumat lüğəti"("Справочный энциклопедический словарь") əsərinin X cildində rast gəlinir. Əsərdə deyilir:
Talış dili haqqında ikinci hesab edilən məlumatı Rusiyada, lakin rus dilində deyil, fransız dilində, Kazan universitetinin professoru İlya Berezin verir. 1853-cü ildə Kazan şəhərində Berezinin fars dilinin qrammatikası kitabı nəşr edilir. Elə həmin il Kazanda onun "Recherches sur les dialectes persans"adlı kitabı nəşr edilir. Mütəxəssislər İran dialektologiyası sahəsində rus iranistlərinin ilk əsəri kimi hələ indiyədək bu əsərə müraciət edirlər. O, A. Xodzkonun əsərində verilmiş "talış"nəğmələrindən istifadə etmişdir. İ. N. Berezinin əsəri iki hissədən — qrammatik oçerk va A. Xodzkonun əsərindən götürülmüş nəğmələrdən ibarətdir. İ. N. Berezin yazır ki, İran dialektləri haqqında tədqiqatlarını özünün şəxsən topladığı, öyrəndiyi materiallar əsasında aparmışdır, lakin kiminlə, nə vaxt, hansı ərazidə topladığını heç yerdə yazmır. Əsərdə, talış sözləri təhrif edilir. İ. N. Berezin, A. Xodzkonun əsərindən götürdüyü dördlüklər haqqında yazır:
İ. N. Berezinin əsərindən iki il sonra, yəni 1855-ci ildə talış dilinin qrammatikası haqqında rus dilçisi P. F. Rissin əsəri nəşr edilir. Əvvəlki əsərlərdən fərqli olaraq əsər rus dilində yazılmışdır və belə adlanır: "Talışlar, onların həyat tərzi və dili haqqında" ("О талышинцах, их образе жизни и языке"- "Записки Кавказского отдела Русского географического общества", III книга). İ. N. Berezinin əsərinə nisbətən bu əsərin keyfiyyəti xeyli yüksəkdir. R. F. Riss üç gün Talışda olmuş, Lənkəran və mahalın cənubunda — Astarada tədqiqat aparmışdır. Bu qısa müddətdə o, 250 isim və sifət, 70 fel yazmış, bir qədər qrammatik material, əvəzlik, say, zərf və s. toplamış, 40 danışıq ifadəsi, dörd dördlükdən (bənddən) ibarət talış nəğməsi və bir dübeyt yazmışdır.
Alman iranisti V. Heyker 1895–1901-ci illərdə Strasburq şəhərində çap etdirdiyi "İran filologiyası" kompendiumunda xəzərsahili dialektlər haqqındakı oçerkində Berezinin əsərindəki talış dili materiallarından istifadə edir.
Qrammatikası B. V. Millerin apardığı tədqiqatlara görə talış dilində sadə cümlədə cümlə üzvlərinin sırası ümumi halda müəyyən vəziyyətlərlə məhdudlaşır. Belə ki, bütün təyinlər və təyin qrupları həmişə, heç bir istisna olmadan, təyin olunandan əvvəl gəlir. Bu halda burada yeni fars dilində rast gəlinən (fars izafi adlanan) halın tam əksi müşahidə olunur. Normal emosiyasız nitqdə xəbər mübtədadan sonra gəlir və cümlənin sonunda durur. Cümlənin istənilən üzvü məntiqi vurğu ilə fərqləndirilə bilər, öz adəti yerini dəyişə (inversiya) və hətta cümlənin əvvəlində işlənə bilər.Миллер Б. "Талышский язык". М.. Изд. Акад. Наук. 1953. 268 с. B. Miller, cümlədə söz sırasının mübtəda, ikinci dərəcəli üzvlər və xəbər formasında olmasını göstərir. Saitlərdən daha az dəyişdikləri üçün samitlər dillərin tarixi təkamülünün və dil qruplarının təsnifatının əsasını təşkil edir. Qərbi İran dillərini İran dilləri arasında şimal-qərb-cənub-qərb kimi fərqləndirmək üçün izoqloslar baxımından irsi sözlərdən ibarət müəyyən meyar sözləri əsas götürülmüşdür. Dillərin tarixi təkamülü və dil qruplarında təsnifatın əsasını təşkil edən bu samitlərin (homogloss/limit/izoglosses) əmələ gəlməsi talış dilində, məsələn, zaza dili və tat dili kimi bəzi İran dillərində olduğu kimi eynidir. Burada talış, zaza dili, tat dili, mərkəzi İran dialektləri və gilan, simnan, sənqser ilə şimal-qərb İran dillərinin bir qurşağını təşkil edir. Bu nəslin dilləri coğrafi olaraq fars, azərbaycan və kürd dillərində danışanlar tərəfindən iki yerə bölünür: qərbdə zazaki, talış, tat; şərqdə isə simnan, sənqser, gilan və digər Xəzər/mərkəzi ləhcələr. Buna baxmayaraq, talış, zaza dili, tat dili və bəzi şimal-qərb ləhcələri ilə birlikdə güclü Qərbi İran proto-Hind-Avropa samit köklərini qoruyub saxlayır və bu baxımdan fars və kürd dillərindən uzaqdır: Paul, Ludwig (1998). "The Pozition of Zazaki the West Iranian Languages" (PDF). Iran Chamber. Open Publishing.Keskin, Mesut (2012). "Orta ve Eski İrani Dillerin Zazacaya Tuttuşu Işık" <small></center> Proto Hint-AvropaParfAzəri/TatZaza diliTalış diliSimnan diliXəzərMərkəzi ləh.BəlucKürdçəFarsca*ḱ/ĝs/zs/zs/zs/zs/zs/zs/zs/zs/zh/d*kue-ž--ž--ĵ--ž-ĵ, ž--ĵ--ĵ-, ž, z-ĵ--ž--z-*guežž (y-)ĵžĵ,žĵĵ, ž, z ĵžz*kw29?isbesbasbespsesb?ss*tr/tlhr(h)r(hi)r(h)*r(h)rrrsss*d(h)wbbbbbbbddd*rd/*rzr/rzr/rzr/rzrzl/l(rz)l/ll/l(rz)l/ll/ll/l*swwxhwhx(u)x(u)x(u), fvx(w)x(u)*twfuwhhhh(u)hhh*y-yyĵĵĵĵĵ (y)ĵĵĵ </center></small>
Talış dilində, cümlədə söz sırası kifayət qədər sərbəstdir, adətən mübtəda cümlənin əvvəlində, xəbər sonda işlədilir, vasitəsiz tamamlıq xəbərdən əvvəl gəlir, vasitəli tamamlıq vasitəsizdən əvvəl, zaman zərfi isə bir qayda olaraq cümlədən əvvəl olur. Məs: Maşki az botono kitob bəvardem — Sabah mən sənin üçün kitab gətirəcəyəm. Bəzi cümlələrdə isə yer və tərzi-hərəkət zərfləri xəbərə bağlanır. Məs: Az ve kitob kədə handedəm — Mən çox kitab evdə oxuyuram".SSRİ Elmlər Akademiyasının beş cildlik "İran dilçiliyinin əsasları" kitabı ("Основы Иранского языкознания")Пирейко Л. "Талышский язык", Основы Иранского языкознания Новоиранскне языки. 1991. с.91–175Пирейко Л. "Талышско-русский словарь". Русский язык. 1976. с.321–352
Talış dilində indiki zaman fel şəkilçiləri zaza dili, tat dili, səngsər dili, gilan dili və Xəzər dənizi sahilinin digər dilləri/dialektləri ilə ortaq olaraq fel kökündən sonra indiki zaman n/ant şəkilçisi ilə düzəlir:Henning, W. B. The Ancient Language of Azerbaijan”, TPhS 157-77, 1954. Mitteliranisch", in Handbuch der Orientalistik, 1(1), 20-130.Language of Azerbaijan. Transactions of the philological Society, 53(1), 157-177. s. 175. Azərbaycan diliTalışZaza diliSimnancaGilan diliTat diligetməkşed-şın-şenn-şunn-şend-gəlməkomed-yen- (ame-)an-an-amand-deməkvoted-van-van- (vat-)gun-otn-görməkvind-vin- (vinıt-) ?invin-etməkkerded-ken- (kerd-)ken-kun-könd-gedirəməz şedamez şınae şennimen şunemez meşem/men şenden Talış dilinde, Zaza dili, Tat dili, Simnan dili və Səngsər dili kimi dillər birlikdə Şimal-Qərbi İran dillərinin bir qurşağını təşkil edir. Proto-İran dilində oxşar köklər isimin iki halı var, sadə (y) və əyilməz (b), ]] -ə qədər uzanır - "ahya" cinsi şəkilçisinə: Azərbaycan diliTalış dişliZaza diliTat diliSimnan diliPəhləvi diliAta (y)pi/piepipiyepiyepidAta (b)parperpiyerpiyerpidarAna (y)ma/moema/maemayemar/meymadAna (b)moarmar??madar
Əvəzliklər ƏvəzTalışWolfgang, Schulze: Northern Talysh. Lincom Europa. 2000. (page 35)Zaza diliTat dili مفيدي روح اله. تحول نظام واژه بستي در فارسي ميانه و نو.Sabzalipour, J., & Vaezi, H. (2018). The study of clitics in Tati Language (Deravi variety).Simnan diliMənəz/āzezezeSəntıtıtıtiOəv/ayo/ayuunBizəməmaamāhamāSizşımeşımaşumaşūmāOnlarəvon/ayēninan, êēe
Zaza dili ile oxşar bəzi sözlər ZazaTalışWolfgang, Schulze: Northern Talysh. Lincom Europa. 2000. (page 35) ZazaTalışZazacaTalışPaul, D. (2011). A comparative dialectal description of Iranian Taleshi. The University of Manchester (United Kingdom). ZazaTalışhttps://www.academia.edu/44899176/Talysh_Picture_Dictionary|başlık=Talysh Picture Dictionaryezaz/əzberzberznızmnızımsiyesi, sə, səytıtıbiyebıedıdıpırpuɾo/a/eyəvbınbınneweşnoxəşçımçammaəməboybukahnkanəgavɡovşımaşıməke/keyekətezetozəpostpustkeynekinəvistvistpancpençmêrdekmerdəkçıçıçiçbızbızşeşşəşxozxupi/pêrpiyəmaemoəhawthaftmumuşıtşıtserdsardnewnevnon, nunnunvergvərgkergkarg/kagnezdinezdûduvılvılvelgvelgengışteangışterıɾy, ɾuvavaengeminengivinsinesinədewdikamkommerdemardedındandandonvizerizəɾşiyen-şiyən-zıwanzıvonlınglıngespeəspaşewşevawovzımıstanzımıstondızdidızdivat-vâtēzan-zun/zan-vesarəvəsorbırabərâgêcgıjmorjelamujnə/morjenəvor, vewrevoəçiçibermayenberamesanroc/rozruzbumlerzbuməlarzənew serre binəv surə bimpısıngpışıkcênicenhakagladardaraşme/mengeoşem/mengşewşevveyveveyezamazumanêne/nabêboy/beyvengvangmezgmazg
Həmçinin bax Talışlar Talışca vikipediya
Xarici keçidlər Alternativ tarix: "Qədim azəri dilinin yadigarı – Talış dili"
İstinadlar
Kateqoriya:Azərbaycan dilləri Kateqoriya:İran dilləri