Məzmun Film-tamaşa qonşuların bir-birinə soyuq münasibətlərindən danışır. Lakin bu binaya daxil olan yaşlı bir qadın bu soyuq buzları sanki əridir. Qonşular bir-birilərini tanımağa başlayırlar. Bütün film boyu bəstəkar Ruhəngiz Qasımovanın xoş musiqisi filmi bəzəyir.
Film-tamaşa haqqında Aktyor Yaşar Nuri bu film-tamaşada 11 fərqli obraz yaratmışdır.
Film-tamaşanın heyəti
Film-tamaşa üzərində işləyənlər Ssenari müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rejissor: Ramiz Həsənoğlu Quruluşçu operator: Yusif Dadaşov, Əlövsət Aslanov Quruluşçu rəssam: Rəfael Əsədov Bəstəkar: Ruhəngiz Qasımova Mahnıların mətni: Fikrət Qoca Mahnıları ifa edir: Ruhəngiz Qasımova, Cavan Zeynallı Rejissor: Tofiq Zeynalov Operator : Vahid Babayev, Etibar Mirzəyev Səs rejissoru: Rauf Haşımov, Vaqif İmanquliyev, Akif Xəlilov, Rüfət Quliyev, Aydın Ağasıyev Rəssam: Azər Cəbrayılov, İmran Nurəliyev Qrim rəssamı: Lyudmila Miroşniçenko Quraşdırıcı: Akif Cəfərov, Mixail Beloqlazov, Vamiq Hüseynov Dekorçu: Fərhad Mayılov, Əliağa Xəlilov, Şamil İbrahimov, Mirzəhüseyn Hüseynov, Arzu Poladov, İsfəndiyar İsmayılov Rejissor assistenti: Sevil İbrahimova, Mehriban Quliyeva Direktor: Faiq Abbasov Redaktor: Rafiq Səməndər Videoyazı mühəndisi: Yafət Xeyirov, Məmmədağa Hacıbəyov (Məmməd Hacıbəyov kimi), Seyid Kərimov Videomontaj: Asim Babayev, Sevinc Xəlilova, Rəsmiyyə Hacıyeva, Tofiq İbrahimov Aparat studiya blokları: "Xəzər" Studiyası, "Oktyabr" Studiyası
Rollarda Yaşar Nuri — aparıcı; tamaşaçı; şair; həkim; ev təmir edən qonşu; Zümanın əri; Ağıldankəm; gerpetoloq; rejissor; ingiliscə danışan; yaşlı kişi Firəngiz Şərifova — Nazxanım Hicran Mehbalıyeva — Nərgiz Əhmədova Eldəniz Zeynalov — Müzəffər Hacı İsmayılov — Əhməd Əhmədov Səidə Quliyeva — Müzəffərin arvadı Nəcəf Həsənzadə — Nazxanımın tanışı (titrlərdə yoxdur)
Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Ramiz Həsənoğlunun filmləri