Sərdar Mədəd oğlu Səfərov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979–1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır.
Xilaskar qəhrəman 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu. Kəlbəcər rayonunda dəfn edilmişdir.
Ailəsi Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.
Xatirəsi Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
2022-ci ildə Sərdar Səfərovun barelyefinin açılışı olub.
Həmçinin bax Birinci Qarabağ müharibəsi Ağdaban soyqırımı Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü
Mənbə Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996. ("Bilmək olmaz bu dünyanın işini, Bəlkə bir də görüşmədik, ya qismət." oçerki) səh.34-37. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 261.
İstinadlar
Xarici keçidlər Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərov (EL TV - 21.12.2014) — YouTube saytı
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Milis mayorları (SSRİ) Kateqoriya:SSRİ milisonerləri