Bəndovan Dövlət Təbiət Yasaqlığı – 1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub artırmaqdır. Hazırda ərazisi 4930 hektardır.
Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək, turac, bildirçin və s. yayılmışdır.
İstinadlar
Xarici keçidlər Azərbaycanın Dövlət Təbiət Yasaqlıqları
Həmçinin bax Dövlət Təbiət Yasaqlığı Azərbaycan dövlət təbiət qoruqları Bəndovan Bəndovan palçıq vulkanı
Kateqoriya:Azərbaycan yasaqlıqları Kateqoriya:Salyan rayonu Kateqoriya:1961-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ IV