Əzablı yollar ("Məlikməmməd") — kinorejissor Tofiq İsmayılovun filmi.“Əzablı yollar” (“Məlikməmməd”) film-nağılı Rusiyada bərpa edilib: [kinorejissor Tofiq İsmayılovun eyni adlı filmi] //525-ci qəzet. — 2011.- 16 noyabr.- S. 7.
Məzmun Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır.
Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah (Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd (Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd (Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd (Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar.
Film haqqında Film "Məlikməmmədin nağılı" adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. Film Amerika kinoprodüserlərinin seçib 1989-cu ildə ABŞ-də nümayiş etdirdikləri 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilmişdi.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Oqtay Məmmədov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Şərif Şərifov, Vladimir Sapojnikov Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Vladimir Savin Rejissor: H. Səlimov, Yefim Abramov Operator: Nemət Rzayev Montaj edən: Tahirə Babayeva Montaj üzrə assistent: Esmira İsmayılova Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: V. Şikin Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev, Gennadi Tişşenko Quraşdırılmış səhnələrin operatoru: A. Ertel Redaktor: Nadejda İsmayılova, F. Aşurov Rəqslərin quruluşu: Əminə Dilbazi Mahnıların mətni: Ramiz Rövşən Çalır: Azərbaycan Dövlət Mahnı Teatrının Musiqi Ansamblı Dirijor: Rafiq Babayev ????: Ə.Əliyev ????: V. Nəbiyev ????: Arif Səfərov ????: R. Lev ????: N. Daşdəmirov ????: T. Əlizadə ????: A. Əliyev Çəkilişə kömək etmişdir: S. Quliyev Filmin direktoru: Gennadi Lapşuk Mahnı ifa edən: Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə, Eldar Axundov, Lütfiyar İmanov, Yaşar Nuri, Səyavuş Aslan
Rollarda Ötkəm İsgəndərov — Məlikməmməd Elşad Qazıyev — Şahməmməd Viktor Dəmirtaş — Xanməmməd Sonaxanım Əliyeva — Pərizad Həmidə Ömərova — Nurzad Leyla Manafova- Gülşad Həsən Məmmədov — padşah Məmmədrza Şeyxzamanov — nağılçı Həşim Qadoyev — qarayel Rafiq Kərimov — kosa Eldəniz Zeynalov — böyük div Səyavuş Aslan — ortancıl div Yaşar Nuri — kiçik div Ə. Əliyev Ömür Nağıyev Mayak Kərimov R. İsrafilov Vəliəhd Vəliyev L. Bobrikov N. Aslanova K. Vəliyeva V. Nəbiyev N. Kərimova
Filmi səsləndirənlər Səməndər Rzayev — hökmdar (Həsən Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — qarayel (Haşım Qadoyev) (titrlərdə yoxdur) Hamlet Xanızadə — kosa (Rafiq Kərimov) (titrlərdə yoxdur) Rasim Balayev — Məlikməmməd (Ötkəm İsgəndərov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Xanməmməd (Viktor Dəmirtaş) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Şahməmməd (Elşad Qazıyev) (titrlərdə yoxdur)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə Filmi izlə Əzablı yollarla anons
Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın fantastika filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Azərbaycanın macəra filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Uşaq filmləri Kateqoriya:SSRİ nağıl filmləri