() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təsviri Püstə ağacı 25-35 fut yüksəkliyə qədər böyüyə bilən, uzunömürlü bir bitkidir. Yarpaqları bir neçə kiçik yarpaqcıqlardan ibarət olan mürəkkəb yarpaqlardır. Çiçəkləri dişi və erkək çiçəklər olmaqla ayrı-ayrı ağaclarda inkişaf edir (iki evli bitki).

Püstə meyvəsi bir toxumlu, qabıqlı və çəyirdəkli meyvədir. Toxum adətən yaşıl rəngdə olur və dadı qidalandırıcı, bir qədər şirin və unikal aromaya malikdir.Parsa, A., & Parsa, H. (2007). "Pistachio Production Manual. " University of California, Agriculture and Natural Resources.

Bu kitabda püstə ağacının becərilməsi, məhsul toplanması və işlənməsi ilə bağlı geniş məlumat verilir. Kitabda ABŞ-da püstə istehsalının inkişafı və metodları təsvir edilmişdir. Çəyirdəyin bərk hissəsinin parçalaması seleksiyanın nəticəsidir.Towards a comprehensive documentation and use of Pistacia genetic diversity in Central and West Asia, North Africa and Europe , Report of the IPGRI Workshop, 14–17 December 1998, Irbid, Jordan – S.Padulosi and A. Hadj-Hassan, editors

Yayılması Püstə səhra bitkisidir və onun şorakət torpaqlara dözümlüyü yüksəkdir.Esteban Herrera (1997) Growing pistachios in New Mexico, New Mexico State University, Cooperative Extension Service, Circular 532 Onun mənşəyi Əfqanıstan, İran və Mərkəzi Asiya ərazilərindən gəlir.

İstifadəsi Arxeoloji tapıntılar göstərir ki, püstə toxumları artıq e.ə. 6750-ci ildə yemək üçün istifadə olunurdu. Onun istehlakının ən erkən sübutu, Özbəkistan ərazisində yerləşən, tunc dövrünə aid olan, Carkutan kompleksində aşkar olunub.

Püstə ləpələri adətən tam şəkildə, bişməmiş və ya qovrulmuş və duzlanmış şəkildə yeyilir. Onlar həmçinin, püstə dondurması (o cümlədən kulfi, bastani və spumone), püstə yağı, püstə pastası, püstə paxlavası, püstə şokoladı, püstə halvası, püstə likörü və s. yeməklərin hazırlamasında işlənilir.

İstehsalı + Püstə istehsalı, 2022 Ölkə ton 400,070 241,669 239,289 81,700 45,467 Dünya 1,026,803Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 2022-ci ildə dünyanın püstə ləpəsinin ən böyük istehsaçıları ABŞ, İran və Türkiyə idi. Onlar həmin il, birgə, püstə ləpəsinin 88%-i istehsal ediblər.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Meyvə ağacları Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Çərəzlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Mərkəzi Asiya florası Kateqoriya:25–29 ID olan Taksonbar