Asiya camışı, Hindistan camışı və ya Su camışı ( - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.

Kateqoriya:Boşbuynuzlular Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Pakistan məməliləri Kateqoriya:Hindistan məməliləri Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Heyvan məhsulları Kateqoriya:Ev heyvanları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Kənd təsərrüfatı heyvanları