280px|frameless|right

Namaz () — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər."Ənkəbut surəsi, 45-ci ayə Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək.

Dini əhəmiyyət və sanksiya Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.http://www.diyanet.gov.tr/turkish/basiliyayin/weboku.asp?sayfa=21&yid=4 http://www.ismailaga.info/yazi/2012/03/30/dinde-zorlama-yoktur-ne-demektir-islamda-zorlama-yok-mudur/ ismailaga.infoNecati Yeni el, Hüseyin Kayapınar, Sünen-i Ebû Davud Terceme ve şerhi c. 2, s. 112 İslami fiqh alimləri, namaz, oruc və ya zəkat kimi dini əmrlərin tərk edilməsi halında ediləcək hərəkətləri və şəxsin cəzalandırıldıqdan sonra bu şəxslərin cənazələrinə tətbiq ediləcək prosedurları da müzakirə etdilər. Məhz bu şəxslər mürtəd qəbul edildikdə, cənazə namazları qılınmır, müsəlman qəbiristanlığında dəfn oluna bilmirlər, qoyub getdikləri dövlət xəzinəsində qalır.

Hənəfinin nəzərinə görə, İslamın laqeydliyi və ya tətbiqinin rədd edilməsi ilə əlaqəli hərəkətlər şifahi cəzalarla cəzalandırılmalı, öldürülənə qədər döyülmə və ya ölənə qədər həbsdə saxlanılmalıdır.

Şafii, Maliki 'ə görə namazı tərk etmək üçün cəzanın miqdarı və növü Quran və Sünnə ilə təyin olunur və işdən çıxan "had" tətbiq olunaraq öldürülür. Lakin onların dəfn mərasimləri müsəlmanların dəfn mərasimi kimi aparılır və miras qoyubsa, varisləri ilə bölüşülür.

Hənbəli məzhəbində namazı tərk edən və buna israr edənlər mürtəd sayılır və "hüdum cəzası" mürtədlərə qılıncla öldürmə şəklində tətbiq olunur. Onlar üçün cənazə namazı qılınmır və cəsəd müsəlman qəbiristanlığında basdırılmır.

Gündəlik fərz namazlar thumb|upright|Məsciddə qılınan camaat namazı. Şəriətdə, müsəlmanlar gündə beş vaxt fərz namazı qılmalıdırlar: Sübh namazı; Zöhr namazı; Əsr namazı; Şam namazı; İşa namazı.

Sübh Sübh namazı 2 rükətdir. Vaxtı dan yeri söküləndən Günəş çıxana qədərdir. Sübh namazı səsli namazdır(yəni fatihə surəsi və ixlas surəsi səsli deyilir).

Zöhr Zöhr və ya günorta namazı 4 rükətdir. Vaxtı Günəş zeniti keçdikdən sonra hər şeyin kölgəsi özü boyda olana qədər davam edir. Zöhr namazı səssiz namazdır(yəni zöhr namazı əvvəldən axıra qədər səssiz qılınır).

Əsr Əsr və ya ikindi namazı 4 rükətdir. Vaxtı hər şeyin kölgəsi özü boyda olandan Günəş batana qədər davam edir. Əsr namazı səssiz namazdır (yəni əsr namazı əvvəldən axıra qədər səssiz qılınır).

Məğrib Məğrib və ya axşam namazı 3 rükətdir. Vaxtı Günəş batandan şəfəq itənə qədər davam edir. Məğrib namazı səsli namazdır (yəni ilk 2 rükətdəki fatihə və ixlas surəsi səsli deyilir).

İşa İşa namazı 4 rükətdir. Vaxtı şəfəq itəndən gecə yarısına qədər davam edir. İşa namazı səsli namazdır (yəni ilk 2 rükətdəki fatihə və sonrakı surə səsli deyilir).

Müstəhəb namazlar Gündəlik müstəhəb namazlar Sünnilikdə Gündəlik müstəhəb (sünnət) namazlar 20 rəkətdir. Sübh namazının nafiləsi 2 rükətdir və sübh namazından əvvəl qılınır. Zöhr namazının nafiləsi 6 rükətdir və 4 rükəti zöhr namazından əvvəl, 2 rükəti isə sonra qılınır; Əsr namazının nafiləsi 4 rükətdir və fərzdən əvvəl qılınır. Məğrib namazının nafiləsi 2 rükətdir və məğrib namazından sonra qılınır. İşa namazının nafiləsi 6 rükətdir və 4 rükəti işa namazından əvvəl ,2 rükəti isə işa namazından sonra qılınır. Vitr namazı Hənəfi məzhəbində vacib digər məzhəblərdə sünnət namazıdır və İşa namazından sonra qılınır.

Şiəlikdə Gündəlik müstəhəb (nafilə) namazlar 34 rəkətdir. Sübh namazının nafiləsi 2 rəkətdir və sübh namazından əvvəl qılınır. Zöhr namazının nafiləsi 8 rəkətdir və zöhr namazından əvvəl qılınır; Əsr namazının nafiləsi 8 rəkətdir və əsr namazından sonra qılınır; Şam namazının nafiləsi 4 rəkətdir şam namazından sonra qılınır. İşa namazının nafiləsi ya 1 rəkət ayaq üstə, ya da 2 rəkət oturan halda (bu, 1 rəkət hesab olunur) işa namazından sonra qılınır. Gecə namazı 11 rəkətdir.

Namazın rükunları Sünnilikdə Namazın fərz və vacib əməlləri vardır ki, namaz onlardan ibarətdir. Əgər onun fərz əməllərindən biri edilməzsə, şəriət qaydalarına əsasən həmin namaz düzgün olmaz. Həmin rükunlar bunlardır: Təkbirətul ihram - Namazın başlanğıcında edilən təkbirdir. "Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir."Həsənun Səhih. Səhih Sünən İbn Macə: N.222. Tirmizi: 1/5/ N.3. Əbu Davud: 1/88/ N.61. İbn Macə: 1/101/ N.275 Fərz namazının ayaq üstə qılınması - Gücü çatan hər kəs namazı ayaq üstə qılmalıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) İmran ibn Hüseyn adlı səhabəyə əmr edərək demişdir: "Namazı ayaq üstə qıl. Əgər bacarmasan otur qıl. Əgər bunu da bacarmasan onda uzan qıl."Hədis səhihdir. Səhih əl-Cami əs Səğir: N.3778. Buxari 2/587/ N.1117. Əbu Davud 3/233/ N.939. Tirmizi 1/231/ N.369 Hər rükətdə fatihə surəsini oxumaq - Namaz qılarkən hər bir rükətdə mütləq fatihə surəsi oxunmalıdır. Ubadə ibn əs-Sammit Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Fatihə surəsini oxumayanın namazı yoxdur."Buxari: 2/236/ N.756. Müslim: 1/295/ N.394. Tirmizi: 1/156/ N.247. Nasai: 2/137. İbn Macə: 1/273/ N.837 Rüku etmək - Namaz qılarkən qiyamdan sonrakı hərəkət rüku etməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın."əl-Həcc surəsi, 77-ci ayə Rükudan qalxandan sonra qamətini düzəltmək - Rükudan qalxandan sonra səcdəyə etməmişdən əvvəl qamətini tam düzəltmək lazımdır. Əbu Məsud əl-Ənsari Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil."Hədis səhihdir. Səhih Sünən İbn Macə: N.710. Nəsai: 2/183. Tirmizi: 1/165/ N.264. Əbu Davud: 3/93/ N.840. İbn Macə: 1/282/ N.870 Səcdə etmək - Rükudan qalxdıqdan sonra səcdə edilir. Uca Allah Qurani-Kərimdə buyurur: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın."' Səcdə isə 7 əza üzərində edilməlidir. İbn Abbas Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Mənə yeddi əza üzərində səcdə etmək əmr olunmuşdur. Həmin əzalar: Alın, sonra burnuna da işarə etdi. İki əl, iki diz, iki ayağın baş tərəfi."Buxari: 2/297/ N.812. Müslim: 1/354/ N.490. Nəsai: 2/209 Həmçinin İbn Abbas Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: "Burnunu alnı kimi yerə qoymayanın namazı düzgün olmaz."Darəqutni: 1/348/ N.3. Bu rəvayəti Albani "Sifətus Salət" kitabında (səh.123) rəvayət etmişdir. İki səcdə arasında oturmaq - Birinci səcdə və ikinci səcdə arasında oturmaq lazımdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil." Axırıncı təşəhhüd - Namazın son rükətində təşəhüddə oturmaq lazımdır. İbn Məsud rəvayət etmişdir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) məni qarşısında oturtub təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrətmişdir. Axırıncı təşəhhüddən sonra Peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat demək - Fudalə ibn Ubeyd əl-Ənsari deyir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Biriniz namaz qılarkən namazını Rəbbinə tərif deyib, Ona həmd-səna etməklə başlasın. Peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat desin, sonra istədiyi duanı etsin."Hədisin sənədi səhihdir. Sifətus Salət: səh.182. Məktəbətul Məarif nəşri. Tirmizi: 5/180/ N.3546. Əbu Davud: 4/354/ N.1468 Salam vermək - Namazın sonunda salam verilir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir."

Təhəccüd Namazı Təhəccüd sözü "yatıb oyanmaq" deməkdir. Termin olaraq isə, gecə yuxudan qalxaraq qılınan namaza deyilir. Təhəccüd feili "təfaul" babındandır. Feilin "təfaul" babı məşəqqət bildirir. Yəni təhəccüd çətinliklə, məşəqqətlə yuxudan oyanmaq deməkdir. Yatsı namazından sonra yatmadan və ya bir az yatıb oyanandan sonra qılınan namaza ümumi mənada "gecə namazı (salətul-leyl)" deyilir. Bir qədər yatandan sonra gecə yarısından imsaq vaxtına qədər qılınan gecə namazı isə təhəccüd adlanır. Təhəccüd namazını iki rükət də qılmaq olar, səkkiz rükət də. İki rükətdə bir salam verərək qılmaq daha fəzilətlidir.

Qurani-Kərimdə təhəccüd namazı ilə əlaqəli belə buyurulur:

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسٰى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا

"(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl ki, Rəbbin səni (bununla) bəyənilib təriflənən bir məqama göndərsin."İsra, 17/79.

Təhəccüd namazına möminləri təşviq edən müxtəlif ayə və hədislər mövcuddur. Allah-Təala belə buyurur: "(Ya Peyğəmbər!) həqiqətən Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də betdir."Müzəmmil, 73/20. Haqq-Təala başqa ayələrdə gecə namazına qalxanları belə tərif edir: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər."Səcdə, 32/16."Rəhmanın əsil bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər."Furqan, 26/63–64. "Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər."Zariyat, 51/17–18. Başqa bir ayədə də təqva əhlinin Allaha səhər vaxtı istiğfar edənlər olduğu bildirilir.</ref>Ali-İmran, 3/16–17.</ref>Təhəccüd namazını səhər namazının vaxtına qədər qılmaq olar. Səhər namazının vaxtı girdikdən sonra sübh namazının sünnəsindən başqa nafilə namaz qılmaq məkruhdur.

Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

"Gecə namazına davam edin! Çünki gecə namazı qılmaq sizdən öncəki saleh bəndələrin adəti, Rəbbinizə yaxınlaşmağın bir yolu, xətaları örtən və insanı günahlardan uzaqlaşdıran bir vasitədir".Tirmizi, Dəavat, 101.

Başqa bir hədisdə isə fərz namazından sonra ən fəzilətli namazın gecə namazı olduğu bildirilir.Müslim, Siyam, 202: Tirmizi, Məvaqit, 207: Nəsai, Qiyamul-Leyl, 6: Əhməd ibn Hənbəl, II, 344. Həzrəti Aişə (s.ə.s) nəql edir: "Peyğəmbərimiz (s.ə.s.) gecələr ayaqları şişənə qədər namaz qılardı. Ondan: "Ey Allahın Rəsulu, Allah Sənin keçmiş vəgələcək günahlarını bağışladığı halda, niyə bu qədər ibadət edirsən?" – deyə soruşdum. Buyurdu ki, "Yəni mən çox şükür edən bir bəndə olmağı arzu etməyim? Üstəlik Allah bu gecə "Ali-İmran" surəsinin son on ayəsini nazil etdi" − deyərək sözünə belə davam etdi, – "Bu ayələri oxuyub və ya iki çənəsi arasında gəvələyib (səsləndirib) mahiyyətini düşünməyənlərin vay halına".Buxari, Təhəccüd, 6; Müslim, Münafiqun, 79–81; Tirmizi, Səlat, 187.