Mustafa Akkad (, ; ) — Suriya əsilli ABŞ kinorejissoru və kinoprodüseri.
Həyatı Mustafa Akkad 1930-cu ildə anadan olmuşdur. 19 yaşında Kaliforniya Universitetində teatr təhsili almaq üçün Los-Anceles-ə getmişdir. Tanınmış ABŞ kinorejissorlarının yanında təcrübə keçmişdir. Dünyada ən çox "Allahın elçisi Məhəmməd" və "Səhra aslanı Ömər Muxtar" filmlərinin rejissoru, "Hellovin" ("İfritələr bayramı" silsiləsinin 8 filmin) prodüseri kimi tanınmışdır.
Ən tanınmış filmi olan "Allahın elçisi Məhəmməd" Məhəmməd peyğəmbərin həyatından bəhs edir. Filmdə baş rol olan Həmzə roluna tanınmış Hollivud aktyoru Entoni Kuinn çəkilmişdir. Mustafa Akkadın "Allahın elçisi Məhəmməd" filmi qədər uğur qazanan ikinci filmi Ömər Muxtar haqqında çəkdiyi "Çöl aslanı" olmuşdur. Film daha çox döyüş səhnələri ilə diqqəti cəlb etmişdir. Mustafa Akkad ömrünün son 10 ilini Səlahəddin Əyyubinin həyatı haqqında çəkəcəyi film üçün sponsor axtararaq keçirmişdir. Mustafa Akkad 11 noyabr 2005-ci ildə İordaniyada "Grand Hyatt" mehmanxanasının bombalanması nəticəsində qızı Rimma ilə birlikdə həlak olmuşdur"Hollywood producer, daughter died in bombing" .
Filmoqrafiya Çağırış (film, 1976) / The Message Çöl aslanı (film, 1981) / Lion of the Desert Hellovin / Halloween Hellovin 2 / Halloween 2 Hellovin 3: İfritələrin vaxtı / Halloween III: Season of the Witch Hellovin 4: Maykl Mayersin qayıdışı / Halloween 4: The Return Of Michael Myers Hellovin 5: Maykl Mayersin qisası / Halloween 5: The Revenge of Michael Myers Hellovin 6: Maykl Mayersin lənəti / Halloween: The Curse of Michael Myers Hellovin: 20 ildən sonra / Halloween: 20 Years Later Hellovin: Dirilmə / Halloween: Resurrection
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Suriya müsəlmanları Kateqoriya:ABŞ kinoprodüserləri