Azərbaycan-Fransa futbol matçlarının siyahısı — Azərbaycan və Fransanın kişi və qadın futbol komandaları arasında keçirilmiş oyunlar.

Oser faciəsi

Fransa milli komandası Azərbaycan yığması ilə nəinki qarşılaşıb, hətta futbol tariximizə əbədi ləkə də vurub. Avro-1996-nın seçmə mərhələsində beynəlxalq arenaya qədəm basan yığmamız Türkiyənin Trabzon şəhərindəki ev oyununda rəqibinə 0:2 hesabı ilə uduzsa da, Fransada biabır olmuşdu. Oserdəki matçda Zidan və yoldaşları 10:0 hesabı ilə qalib gəlib.

Bundan başqa U-21 Avro-96-nın (0:5, 0:5), U-19 (0:3) və U-17 (2:0) Avro-2005-in seçmə mərhələlərində üçrənglilərlə qarşılaşıb. Avrokuboklarda isə "Qarabağ" "Monpelye"dən 9 qol buraxıb – 0:3, 0:6.

Azərbaycanlı futbolçular Fransa, fransızlar Azərbaycanda çıxış etməyib. Lakin bu ölkənin vətəndaşlığını daşıyanlar klublarımızda çıxış edib. Əslən qanalı olan Edmond N’Tiamoa "Xəzər-Lənkəran"la Azərbaycan çempionu və kubokunu qazanmışdı. Cari mövsüm "Olimpik-Şüvəlan"da oynamış türk əsilli Ender Günlü də Fransa pasportu ilə qeydiyyatdan keçib.

Kişilər

Əsas milli komanda 13.12.1994 Trabzon AÇSO Azərbaycan – Fransa 0:2 06.09.1995 Oser AÇSO Fransa – Azərbaycan 10:0 10.10.2025 Paris, Fransa DÇSO Fransa - Azərbaycan 3:0 16.11.2025 Bakı, Azərbaycan DÇSO Azərbaycan – Fransa 1:3

U-21 13.12.1994 Trabzon AÇSO Azərbaycan – Fransa 0:5 06.09.1995 Oser AÇSO Fransa – Azərbaycan 5:0 10.10.2019 Kale, Fransa AÇSO Fransa – Azərbaycan 5:0 07.09.2020 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Fransa 1:2

U-19 30.09.2004 Makedoniya Respublikası AÇSO Fransa - Azərbaycan 3:0 26.03.2015 Sen-Lo AÇSO Fransa - Azərbaycan 2:0 10.10.2020 Kişinyov, Moldova AÇSO, Fransa - Azərbaycan -:-

U-17 08.10.2025 Kapbreton, Fransa AÇSO Fransa - Azərbaycan 8:0

Klublar 18.09.2014 Bakı UEFA AL QM Qarabağ – Sent-Etyen 0:0 27.11.2014 Sent-Etyen UEFA AL QM Sent-Etyen - Qarabağ 1:1 22.10.2015 Monako, Fransa UEFA AL Monako - Qarabağ 1:0 05.11.2015 Bakı, Azərbaycan UEFA AL Qarabağ - Monako 1:1 28.07.2016 Lil, Fransa UEFA AL Lil - Qəbələ 1:1 04.08.2016 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Lil 1:0 20.10.2016 Sent-Etyen UEFA AL QM Sent-Etyen - Qəbələ 1:0 03.11.2016 Bakı UEFA AL QM Qəbələ – Sent-Etyen 1:2 17.02.2022 Marsel, Fransa UEFA KL Olimpik Marsel - Qarabağ 3:1 24.02.2022 Bakı, Azərbaycan UEFA KL Qarabağ - Olimpik Marsel 0:3 15.09.2022 Bakı, Azərbaycan UEFA Avropa Liqası Qarabağ - Nant 3:0 24.09.2022 Nant, Fransa UEFA KL Nant - Qarabağ 2:1 28.11.2024 Bakı, Azərbaycan UEFA Avropa Liqası Qarabağ - Olimpik Lion 1:4 22.10.2025 Nant, Fransa UEFA GL Nant (U-19) - Sabah (U-19) 5:0 05.11.2025 Bakı, Azərbaycan UEFA GL Sabah (U-19) - Nant (U-19) 1:2

Qadınlar

Əsas milli komanda

U-21

U-19 30.09.2004 AÇSO Fransa – Azərbaycan 10:0 04.04.2018 Lahti, Finlandiya AÇER Fransa – Azərbaycan 6:0

U-17

Klublar

Futzal

Əsas milli komanda 25.02.2011 Bakı AÇSO Azərbaycan – Fransa 4:2 02.02.2018 Lyublyana, Sloveniya AÇ Fransa – Azərbaycan 3:5 22.03.2023 Şiroki Briyeq, Bosniya və Herseqovina AÇSO Fransa (U-19) – Azərbaycan (U-19) 5:0

Çimərlik futbolu

Əsas milli komanda

12.07.2010 Bibiano DÇSO Fransa – Azərbaycan 1:3 14.09.2014 Jesolo, İtaliya DÇSO Fransa – Azərbaycan 3:6 02.09.2016 Ezolo, İtaliya DÇSO Fransa – Azərbaycan 3:2 11.09.2016 Ezolo, İtaliya DÇSO Fransa – Azərbaycan 4:3 22.06.2018 Bakı, Azərbaycan AL Azərbaycan – Fransa 4:1 21.06.2021 Nazare, Portuqaliya DÇSO Fransa – Azərbaycan 0:2 22.09.2023 Alqero, İtaliya ALS Fransa – Azərbaycan 9:3

Klublar 03.06.2015 Kataniya, İtaliya AÇL, Monpelye – Əmrahbank 5-6

Mənbə Mundiala seks qalmaqalı ilə yollanan üçrənglilər

İstinadlar

futbol matçları Fransa Azərbaycan