Çeyildağ, Ceyildağ, Umbakı – Azərbaycanın Qaradağ rayonunda qəsəbə.

Tarixi Qaradağ rayonunda qəsəbədir. Ərazi yaxınlığında yerləşən dağın adını daşıyır. Oronim çeyil (xırda daş) və dağ (müsbət relyef forması) komponentlərindən düzəlib, "xırda daşlı dağ" deməkdir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 190 (elektron variant) 1947-1950-ci illərdən bu ərazidə neft yataqlarının istismarı ilə əlaqədar əhalinin məskunlaşması nəticəsində yaradılmış və 1951-ci ildə qəsəbə statusu almışdır.Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 129

Əhalisi 1959 1970 1979 1989 2011 2835 2127 1229 1143 1100

Qəsəbənin son məlumata görə olan əhalisi təqribən 1,100 min nəfərdir. Əhalisi sənaye sahələrində, qismə kənd təsərrüfatı sahələrində və özəl sektorlarda çalışırlar. Sosial obyektləri fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Çeyildağ qəsəbəsində yeni məktəb binası istifadəyə verilmişdir

Kateqoriya:Qaradağ rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri