Uzaq sahillərdə — rejissor Tofiq Tağızadənin İkinci Dünya müharibəsindən bəhs edən filmi. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir.
Məzmun Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir.
Festivallar və mükafatlar Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülmüş və bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II mükafat verilmişdir. Film həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olmuşdur.
Filmin alman dilindəki versiyası 1959-cu ildə 'Damals in Triest' adı ilə nümayiş etdirilmişdir. Film 2025-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə Berlində rəqəmsal olaraq bərpa edilib. 2025-cü ilin aprelində, filmin bərpa olunmuş versiyası Berlinin Urania elm mərkəzində nümayiş olunub və tədbir faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr edilib.
Film haqqında Film aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir. Film aktyor Hacımurad Yagizarovun kinoda ilk işidir. Film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir. Prokata çıxdığı zaman filmə 27,5 milyon tamaşaçı baxmışdı. Film Sovet İttifaqında kəşfiyyatçı haqqında çəkilən ikinci film idi.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: İmran Qasımov, Həsən Seyidbəyli Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Əlisəttar Atakişiyev Quruluşçu rəssam: Cəbrayıl Əzimov, Kamil Nəcəfzadə Bəstəkar: Qara Qarayev Səs operatoru: Ağahüseyn Kərimov Mahnıların mətni: Y. Dolmatovski Rejissor: Rüfət Şabanov Operator: Rasim Ocaqov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski (S. Klyuçevski kimi) Filmin direktoru: Teymur Hüseynov Operator assistenti: Tofiq Sultanov Dirijor: Niyazi
Rollarda Nodar Şaşıqoğlu — Mehdi Hüseynzadə Yuri Boqolyubov — Veselin Aqniya Yelekoyeva — Anjelika Ələsgər Ələkbərov — Ferrero Lev Bordukov — Karranti Andrey Fayt — Mazelli Qriqori Şpigel — Şults Nikolay Boqolyubov — Tinti Adil İsgəndərov — Rosselini Mariya Fiqner — Pepitta Konstantin Adamov — Paulo Lev Qruber — Mehdinin oxşarı Salman Dadaşov — Agent Lidiya Dranovskaya — Planıçka Tələt Rəhmanov — Xidmətçi Konstantin Myakişev — Alman zabiti Valdemars Zandberqs — Erik Anatoli Falkoviç — Eses patrulunun komandiri Boris Çinkin — Sergey Sergey Yurtaykin — yuqoslav Hacımurad Yagizarov — partizan Cavad Həkimli — partizan Sofya Sokolova — yerli sakin
Filmi səsləndirənlər Hökümə Qurbanova — Anjelika (Aqniya Yelikoyeva (titrlərdə yoxdur) Yusif Vəliyev — Tinti (Nikolay Boqolyubov); Alman zabiti (Konstantin Myakişev) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Şults (Qriqori Şpigel) (titrlərdə yoxdur) Əli Zeynalov — Mehdi (Mixaylo) (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) Həsənağa Salayev — Karranti (Lev Bordukov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Mazelli (Andrey Fayt) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Veselin (Yuri Boqolyubov) (titrlərdə yoxdur) Barat Şəkinskaya — Pepitta (Mariya Fiqner) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Sergey (Boris Çinkin) (titrlərdə yoxdur) Əlizaman Qasımov — Erik (Voldemar Zandberqs) (titrlərdə yoxdur) Sadıq Saleh Bağırov — Anri (Yan Yanakiyev) (titrlərdə yoxdur) Məhluqə Sadıqova — Yerli sakin (Sofya Sokolova) (titrlərdə yoxdur)
İstinadlar
Mənbə ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Əlizadə, B. "Minnətdarlıq hissi" //Bakı.- 1958.- 18 avqust. Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust. Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 22 avqust. Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. "Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31; 383; 414. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 118; 125–128; 144. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. Azərbaycan milli kinosunda müharibə filmləri: "Uzaq sahillərdə"n başlanan uğur //Azadlıq. — 2011.- 23–24 oktyabr.- S.14. Gözəl Azərbaycan filmlərinin müəllifi…: "Görüş", "Uzaq sahillərdə", "Arşın mal alan", "Dədə-Qorqud": [kinorejissor Tofiq Tağızadə haqqında] //Azadlıq.- 2011.- 11 noyabr.- S.14.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:Mehdi Hüseynzadə haqqında filmlər Kateqoriya:Tofiq Tağızadənin filmləri Kateqoriya:1958-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Macəra filmləri Kateqoriya:Müharibə filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1958-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Azərbaycanın ağ-qara filmləri Kateqoriya:Azərbaycanca filmlər