Qışlaqabbas (əvvəlki adı: Qışlaq Abbas) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kənd inzibati ərazi dairəsi tərkibindəki Qışlaq Abbas kəndi Qışlaqabbas kəndi adlandırılmışdır.

Tarixi 29 mart 2005-ci ildə Qışlaqabbas kəndi İbadulla kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qışlaqabbas kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Kəndin adı "Qışlaq" və "Abbas" sözlərindən ibarət olub "Abbasın qışlağı" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Əhalisi 1946 nəfərdir.(2009-cu il)Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Kateqoriya:Şərur rayonunun kəndləri