Ərəbyengicə (əvvəlki adı: Ərəb Yengicə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kənd inzibati ərazi dairəsi tərkibindəki Ərəb Yengicə kəndi Ərəbyengicə kəndi adlandırılmışdır.
Tarixi
Toponimikası Şərur r-nunun İbadulla i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonim ərəb etnonimindən və yengicə (yeni, təzə) sözündən ibarət olub, "təzə ərəb kəndi, yaxud yeni salınmış ərəb kəndi" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007. Əhalisi Əhalisi 1000 (2015 ci il)Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Kateqoriya:Şərur rayonunun kəndləri Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr Kateqoriya:Tarixdən əvvəlki dövrdə Azərbaycan abidələri