Aşağı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
Toponimikası və tarixi Düzənlikdədir. Yaşayış məntəqəsi keçmiş Aralıq Başkənd (indiki Yuxarı Aralıq) kəndindən çıxmış ailələr tərəfindən salınmış və Aşağı Aralıq Başkənd adlandırılmışdır. Sonralar toponimin tərkibindəki Başkənd komponenti ixtisara uğramış və indiki formada rəsmiləşdirilmişdir. Oykonim "aşağıda yerləşən Aralıq kəndi" deməkdir. 29 mart 2005-ci ildə Aşağı Aralıq kəndi Aralıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Aralıq kənd inzibati ərazi vahidi yaradılmışdır.
Əhalisi Əhalisi 1077 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Tanınmış şəxləri Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi. Həmçinin bax Şərur rayonu
İstinadlar
Kateqoriya:Şərur rayonunun kəndləri