Maqsudkənd — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Susayqışlaq kənd inzibati ərazi dairəsində kənd. Samur–Dəvəçi ovalığında yerləşir. Oykonim Maqsud (ş.a.) və kənd coğrafi termindən ibarətdir. Yerli məlumata görə, yaşayış məntəqəsini Maqsud adlı şəxs saldığı üçün belə adlandırılmışdır. Oykonimin etnotoponim olması da mümkündür.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh. Maqsudkənd kəndi öz füsunkar təbiəti ilə göz oxşayır. Yamyaşıl meşəsi, soyuq bulaqları və gözəl havası insanda xoş hislər oyadır.
İstinadlar
Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri
Kateqoriya:Xaçmaz rayonunun kəndləri