Ağarəhimoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qımılqışlaq kənd inzibati ərazi dairəsində kənd.
Adının mənası "Ağarəhimoba" sözü etnotoponimdir. Kəndin adı 1917-ci ildə "Ağarəhim" şəklində qeydə alınmışdırAMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 16.
Tarixi Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Cek kəndinə aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt ceklilərin bir hissəsi bu əraziyə köçərək, burada daimi məskunlaşmışdırlar. Nəticədə də qışlaq kəndə çevrilmişdir.
Coğrafiyası və iqlimi Məzarçayın sahilindədir.
Əhalisi Kəndin əhalisinin etnik tərkibini "Şahdağ xalqları"ndan biri olan ceklilər təşkil edir.
Həmçinin bax Cek
İstinadlar
Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri
Kateqoriya:Xaçmaz rayonunun kəndləri Kateqoriya:Ceklilər