Məlikqasımlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Boyxanlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində beş qoldan ibarət olmuş pirembel tayfasının məlikqasmılı nəslinin məskunlaşması nəticəsində yaranmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1784 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri