Cəngan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Cəngan oyk., sadə. Burovar silsiləsinin ətəyindədir; Neftçala r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir; Sabirabad r-nunun Muğan Gəncəli inzibati ərazi vahidindəkənd. Kür çayının sahilindədir; Salyan r-nunun Kür Qaraqaşlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Salyan düzündədir. Mustafabəyli, Birinci Rəncbərlər adları ilə də tanınır. Qaradolaqların cəngan tirəsinin adı ilə bağlı olduğu ehtimal edilir. Cəngan sözü "döyüş meydanı, vuruş yeri" mənalarında da işlənir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 598 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Coğrafiyası və iqlimi İqlimi suptropik və qismən mülayimdir. Əsasən taxıl, üzüm, kartof yetişdirilir.
Tanınmış şəxsləri Reyhan Kənan – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Nurəddin Mehdixanlı – Azərbaycanın Xalq Artisti. Qabil Quliyev – Azərbaycanın Xalq Artisti.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri