Astanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsində kənd.
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun, Cəfərli, Çünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndləri Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.
Tarixi Əsası 19-cu əsrdə Astan tərəfindən Astanlıbazarda(Cəlilabadda) yaradılmışdır.
Toponimikası Həmşirə çayı sahilində, Burovar silsiləsinin ətəyindədir. XIX əsrin axırlarında kəndin əsasını Musabəyli kəndindən çıxmış astanlı nəsli qoymuşdur. Kənd həmin nəslin adı ilə adlanmışdır. 1933-cü ildə r-nda Astanabad adlı başqa bir kənd də qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 Yardımlı rayonunda yerləşən Aşağı və Yuxarı Astanlı kəndlərilə əlaqəlidir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 569 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri