Əmbizlər — Azərbaycan Respublikasının Xızı rayonunun Qasımkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Əmbizlər kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Qasımkənd kənd Sovetinin tərkibinə verilmişdir.
Filmoqrafiya
Əmbizlərin keşiyində ― 1988-ci ildə çəkilmiş qısametrajlı film.
Həmçinin bax
İstinadlar
Kateqoriya:Xızı rayonunun kəndləri