Qızılağac — Azərbaycan Respublikasının Göyçay rayonunun Qızılağac kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Göyçay çayının sahilində, Şirvan düzündədir. Bəzi tədqiqatçılar Türkiyənin Antalya, Budur və İsparta əyalətlərində yaşayan qızılağac tayfasına əsaslanaraq kəndin adını etnotoponim hesab edirlər. Yerli məlumata görə, kənd vaxtilə Qızılağac meşəsinin yanında salındığı üçün belə adlandırılmış, sonralar meşə məhv olsa da, kəndin adı qalmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1180 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Göyçay rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göyçay rayonunun kəndləri