Hacıağabəyli — Azərbaycan Respublikasının Göyçay rayonunun Yeniarx kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən cənub–qərbdə, Göyçay–Ucar avtomobil yolu kənarında, Ərəbşahverdi və Müskürlü kəndlərin qonşuluğunda, Şirvan düzündə yerləşən kənd.
Tarixi
Toponimikası Şirvan düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı hacı olan ailələr saldığına görə belə adlandırılmışdır. Oykonim "ağabəylilərin hacıya mənsub hissəsi" mənasındadır. Yaşayış məntəqəsi XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı Hacı olan ailələr saldığına görə belə adlandırılmışdır.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 249 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Məşğuliyyəti Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq və meyvəçiliklə məşğul olur.
Din Kənddə Hacağabəyli kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
Həmçinin bax Göyçay rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göyçay rayonunun kəndləri