Pəlikəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası Coğrafi ad pəli Azərbaycan dilindəki pələng sözünün talışca tələffüz forması və keş (kəs) "iki yamac arasındakı dərədən axan kiçik çay" sözlərindən ibarətdir.Akademik Budaq Budaqovun Şəxsi Veb Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Yolları 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır.Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az

Tanınmış şəxslər Şəhidləri Rəşad Eyvazov (2002–2020). Tarif Cəfərzadə (2002–2020).

İstinadlar

Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri