Çayqaraqaşlı — Azərbaycan Respublikasının Şabran rayonunun Çölquşçu kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Etnotoponimdir. Çay və qaraqaşlı komponentlərindən ibarət olan toponim "çay kənarında yerləşən Qaraqaşlı kəndi" mənasındadır. Xaçmaz rayonu ərazisindəki Qaraqaşlı kəndindən fərqləndirmək üçün belə adlandırılmışdır. Qaraqaşlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.
Coğrafiyası və iqlimi Kənd Samur–Dəvəçi ovalığında yerləşir.
Əhalisi Kəndin əhalisi 451 nəfər təşkil edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şabran rayonunun kəndləri