Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər.
Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür.
Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur.
Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər () kimi fəaliyyət göstərirlər. ABŞ-də isə sadəcə səhmdar cəmiyyətləri adlanırlar.
Üstünlükləri Səhmdar cəmiyyətinin iştirakçısı olmağın bir sıra üstünlükləri var. Belə ki, şirkət səhmdarların ümumi yığıncağında seçilən idarə heyəti tərəfindən idarə olunur.
Həmçinin səhmdarlar illik hesabatın qəbul edilməsi ilə əlaqədar səsvermədə iştirak edirlər. Direktor vəzifəsinin icrasını bəzən fiziki şəxs olan səhmdarlar həyata keçirə bilərlər, lakin bu hala çox az rast gəlinir.
Səhmdar cəmiyyətinin iştirakçıları olan səhmdarlar şirkətin öhdəliklərinə görə cavab vermirlər və yalnız onlara məxsus səhmlərin dəyəri hüdudlarında şirkətin fəaliyyəti ilə bağlı zərər riski daşıyırlar. Bu qiymətli kağızların kifayət qədər asan özgəninkiləşdirilmə və əldə edilməsi geniş insan dairəsinin kapitalının cəlb edilməsi üçün şərait yaradır. Bu, həmçinin, investorların kapitallarının bir neçə səhmdar cəmiyyətinin səhmləri arasında paylanmasına və nəticədə zərər riskinin azalmasına imkan verir.
İlk səhmdar cəmiyyətləri thumb|left|250px|Tiskasjöberg, Kopparberget şirkətinin səhmlərinin səkkizdə bir hissəsinin Vesteroslu Yepiskop Piter tərəfindən əldə edilməsini nəzərdə tutan 1288-ci ilə aid məktub. Orijinalı Stokholmda Milli Arxivdə () saxlanılır. 200px|right|thumb|Hollandiya Ost-Hind Şirkətinə məxsus gəminin replikası. 1602-ci ildə əsası qoyulmuş həmin şirkət müasir kapitalizm baxımından səhmdar cəmiyyətlərinin qabaqcıl və ən ilkin nümunəsi hesab edilir.Morck, Randall; Yeung, Bernard: Agency Problems and the Fate of Capitalism. (Cambridge, MA: National Bureau of Economic Research, Working Paper No. 16490, Issued in October 2010)Funnell, Warwick; Robertson, Jeffrey: Accounting by the First Public Company: The Pursuit of Supremacy. (Routledge, 2013, ) Şirkət bir çoxları tərəfindən dünyada ilk daimi təşkilati quruluşa malik olan məhdud məsuliyyətli şirkət kimi qəbul olunur.Steensgaard, Niels (1982), 'The Dutch East India Company as an Institutional Innovation,'; in Maurice Aymard (ed.), Dutch Capitalism and World Capitalism / Capitalisme hollandais et capitalisme mondial (Studies in Modern Capitalism / Études sur le capitalisme moderne), pp. 235–257Hawley, James P.; Williams, Andrew T.: The Rise of Fiduciary Capitalism: How Institutional Investors Can Make Corporate America More Democratic. (University of Pennsylvania Press, 2000, ), p. 44Niall Ferguson (2002). Empire: The Rise and Demise of the British World Order and the Lessons for Global Power, p. 15.Smith, B. Mark (2003). A History of the Global Stock Market: From Ancient Rome to Silicon Valley. (University of Chicago Press, ), p. 17Von Nordenflycht, Andrew (2011), 'The Great Expropriation: Interpreting the Innovation of "Permanent Capital" at the Dutch East India Company,'; in Origins of Shareholder Advocacy, edited by Jonathan G. S. Koppell. (Palgrave Macmillan, 2011), pp. 89–98Clarke, Thomas; Branson, Douglas (2012). The SAGE Handbook of Corporate Governance (Sage Handbooks). (SAGE Publications Ltd., ), p. 431Vasu, Rajkamal (November 19, 2017). The Transition to Locked-In Capital in the First Corporations: Venture Capital Financing in Early Modern Europe . (Kellogg School of Management, Northwestern University) Başqa sözlə, Ost-Hind Şirkəti sabit kapitalı ilə qeydə alınmış ilk səhmdar cəmiyyətidir. 200px|right|thumb|Hollandiya Ost-Hind Şirkətinin Enkheyzen şəhərindəki nümayəndəliyi tərəfindən 9 sentyabr 1606-cı ildə hazırlanmış ən qədim səhm şəhadətnamələrindən biri. thumb|right|200px| Dünyada ilk rəsmi birja olan Amsterdam fond birjasının məhkəmə həyəti. Hollandiya Ost-Hind Şirkətinin 17-ci əsr biznes modeli müasir dövr səhmdar cəmiyyətlərinin, xüsusilə də publik şirkətlərin formalaşmasında əhəmiyyətli rol oynayıb. İlk səhmdar cəmiyyətləri haqqında qeydlərə Çində — Sun imperiyasının dövründə (960–1279) rast gəlinir. Təxminən 1250-ci ildə Fransanın Tuluza şəhərində Bazakl Dəyirmançılıq Şirkətinin (Société des Moulins du Bazacle) 96 səhmi şirkətin sahib olduğu dəyirmanların gəlirliliyi həddində satışa çıxarılmışdı, bu da şirkəti tarixdə həmin növdən olan ilk şirkət hesab etməyə imkan verir. 1288-ci ilin əvvəllərində İsveç şirkəti Stora şirkətin səkkizdə bir hissəsini (daha dəqiq mis ehtiyatları ilə zəngin olan ərazilərlə bağlı) əhatə edən səhmlərin transferini sənədləşdirmişdir.
Daha yaxın tarixə nəzər yetirdikdə isə İngiltərədə ilk səhmdar cəmiyyəti kimi tanınan şirkət 1553-cü ildə nizamnaməsi qəbul edilmiş, 250 səhmdarı olan Merchant Adventurers to New Lands şirkəti olmuşdur. Moskva ilə London arasındakı ticarətdə inhisarçı mövqeyə mailk olan Moskva Şirkəti ( və ya ) isə 1555-ci ildə yaradılmışdır. Digərləri ilə müqayisədə daha məşhur, zəngin və qüdrətli olan Böyük Britaniyaya məxsus Ost-Hind şirkətinə I Elizabetin imzaladığı 31 dekabr 1600-cü il tarixli kral xartiyası ilə Hindistandakı ticarət fəaliyyətində üstünlüklər və imtiyazlar verilmişdi. Kral xartiyası yeni yaradılan Şərəfli Ost-Hind Şirkətinə Şərqi Hindistanda bütün sahələrdə ticarət üzrə 15 illik monopoliya vermişdir. at 1299. Dövlət idarəçiliyi və hərbi idarəetmə sahələrində yardımçı funksiya əldə etməsi ilə, şirkət ticarət edən şirkətdən Hindistanı idarə edən və onun təbii sərvətlərini istismar edən şirkətə çevrilmişdi və bu vəziyyət o, ləğv edilənədək davam etdi.
Tezliklə, 1602-ci ildə Hollandiya Ost-Hind Şirkəti Amsterdam fond birjasında alğı-satqısı həyata keçirilə bilən səhmlər buraxdı. Bu isə səhmdar cəmiyyətinə yeni investorların cəlb edilməsinə imkan yaradırdı. 1612-ci ildə isə şirkət qitələrarası ticarətdə üstün kapitalı olan məhdud məsuliyyətli ilk "korporasiya" oldu.
Müstəmləkəçilik dövründə Yaxın Şərqlə əmtəələr, istiot və parça ticarəti edən Avropalılar, başlıca olaraq da Britaniyalılar çoxsaylı dəniz səyahətləri vasitəsilə ticarət riskini yaymağa başladılar. Səhmdar cəmiyyəti əvvəlki gildiyalar və dövlət tərəfindən tənzimlənən şirkətlərlə müqayisədə daha uğurlu maliyyə strukturuna malik idi. Amerika qitəsində ilk səhmdar cəmiyyətləri London Şirkəti və Plimut Şirkəti olmuşdur.
Transfer edilə bilən səhmlər kapitalın artımına müsbət təsir göstərirdi. Bu, məsələn, Ost-Hind şirkətinə qoyulan sərmayələrdə özünü göstərirdi. Belə ki, şirkət Hindistandakı ticarəti idarə etmək üçün bu maliyyə modelindən istifadə edirdi. Səhmdar cəmiyyətləri hər bir səhmdarın qoyduğu səhmə mütənasib olaraq, dəniz səyahətlərindən əldə edilən mənfəəti bölərək səhmdarlara dividend formasında təqdim edirdi. Belə ödənişlər adətən nağd təqdim olunurdu, lakin dövriyyə kapitalı aşağı olduqda və ya şirkətin mövcudluğu üçün təhlükəli olduğu təqdirdə dividendlərin verilməsi ya təxirə salınırdı, ya da qalan yüklə ödənilirdi; hansı ki səhmdarlar onları satıb gəlir əldə edə bilərdilər.
Lakin, ümumiyyətlə, yeni şirkətin formalaşdırılması kral xartiyası və ya xüsusi aktla mümkün idi. Bu imkan isə hökumətin imtiyazları və üstünlükləri qoruması və hər kəsə təqdim etməməsi səbəbindən məhdud idi.
Britaniyada Sənaye inqilabı dövründə kapitalın qoyulduğu müəssisələrin sayının artması nəticəsində əksər bizneslər çoxsaylı üzvlərin olduğu assosiasiyalar kimi fəaliyyət göstərməyə başladı. Buna baxmayaraq, belə assosiasiyalara üzvlük adətən qısamüddətli olurdu; odur ki, onların təbiəti daim dəyişirdi.
Nəticədə şirkətlərin yaradılması və qeydiyyatı ilə bağlı məsələlərin tənzimi 1844-cü il tarixli Səhmdar Cəmiyyətləri haqqında Aktda təsbit olundu. Əvvəllər bu qanun əsasında yenidən yaradılmış şirkətlərin məhdud məsuliyyəti yox idi, lakin sonradan şirkətlərin daxili nizamnamələrində məhdud məsuliyyətin nəzərdə tutulması ümumi qaydaya çevrildi. 1856-cı il tarixli Səhmdar Cəmiyyətləri haqqında Akt bütün səhmdar cəmiyyətləri üçün məhdud məsuliyyətin olduğunu təsbit etdi. Bundan başqa, həmin Akta görə şirkətin adında "məhdud" sözü olmalı idi. Şirkətlər ayrıca hüquqi şəxsiyyətə malikdir. Bu prinsipin əsasını İngiltərənin korporativ hüququnda vacib məhkəmə qərarlarından biri olan 1897-ci ildə baxılan Salomon v. Salomon & Co. Ltd işi qoydu. Şirkətlərin məhdud məsuliyyət prinsipi bu iş əsasında formalaşıb.
Korporativ hüquq
Korporasiyanın mövcudluğu tələb edir ki, onun fəaliyyətini hüquqi çərçivəyə salan və tənzim edən, korporasiyanın hüquqi şəxsiyyətini təsbit edən hüquq sahəsi olsun. Bu mənada, korporativ hüquq korporasiyaları fiziki şəxsdən fərqləndirərək, hüquqi şəxs, fiktiv şəxs kimi müəyyənləşdirir. Bu isə səhmdarları "korporativ" itkilərdən və öhdəliklərdən azad etməyə imkan verir; itkilər hər kəsin sahib olduğu səhmlərin sayı ilə məhdudlaşır. Bundan başqa, belə yanaşma yeni investorların (qiymətli kağızlar və gələcək səhmlərin emissiyası məsələlərində) cəlb edilməsinə imkan yaradır. Korporativ qanunlar, adətən, korporasiyalara öz əmlakına sahib olmaq, müqavilə bağlamaq və səhmdarlardan müstəqil surətdə vergi ödəmək qabiliyyəti kimi səlahiyyətlərin verilməsini nəzərdə tutur. Səhmdarlara bəzən "şirkətin üzvləri" də deyilir. Korporasiyaların, həmçinin, faizli istiqrazlar buraxmaqla pul borc götürmək səlahiyyətləri də var. Korporasiyalar qeyri-müəyyən müddətdə mövcud olurlar; "ölüm" yalnız şirkətin ləğvi, yenidən qurulması və ya müflis olması hallarında mümkündür. Lord-kansler Riçard Holdeyn qeyd edirdi ki,
…korporasiya mücərrəddir. O, özlüyündə mövcud deyil. Onun fəaliyyəti və idarə edilməsi korporasiyanın iradəsinin icrasında həqiqətən də istiqamətverici rol oynayan şəxsdə axtarılmalıdır. — Lennard's Carrying Co Ltd v Asiatic Petroleum Co Ltd AC 705
Bu "istiqamətləndirici iradə" direktorlar şurasının fəaliyyətində öz əksini tapır. Hüquqi şəxsiyyət iki iqtisadi nəticəyə səbəb olur. Bu, kreditorlara, səhmdarlar və ya işçilərdən fərqli olaraq, şirkətin ləğvindən sonra korporativ aktivlər üzərində üstünlük hüququ verir. İkincisi, korporativ aktivlər səhmdarlar tərəfindən geri alına bilməz və şirkətin aktivləri səhmdarların özlərinin kreditorları tərəfindən götürülə bilməz. İkinci amil xüsusi qanunvericiliyin olmasını tələb edir, çünki müvafiq məsələ standart müqavilə hüququ ilə tənzimlənə bilməz.Hansmann et al., The Anatomy of Corporate Law, pg 7.