Şambul — Azərbaycan Respublikasının Balakən rayonunun Şambul kənd inzibati ərazi dairəsində kənd. Alazan-Əyriçay vadisində yerləşir. Kəndi həmin zonada yaşamış Avarlar salmışdır. Yerli əhalinin məlumatına görə, kəndin adı Şambul şəxs adı ilə bağlıdır.Şambul sözü eyni zamanda qamış, şiş uclu mənalarında işlənmişdir.Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.  

Əhalisi Kəndin əhalisi 3.000-ə yaxındır demək olar ki 98 % Avarlardan ibarətdir, avarlardan başqa isə azərbaycanlılar, saxurlar və qaraçılar, qisməndə ruslar, ukraynalılar, tatarlar, ləzgilər, yaşayırlar. Şambul kəndində 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt məntəqəsi, Şambul kənd bələdiyəsi, Şambul kənd inzibati ərazi dairəsi, bir neçə dərnək, 1 uşaq bağçası, 3 məscid, 2 körpü vardır.Azərbaycanın ənənəvi xalq musiqisi atlası (mədəni maarif musiqi jurnalı): Ekspedisiyanın gedişatı və ilkin nəticələri haqqında :...İlk axtarışların aparıldığı Şambul (Balakən) avar kəndi olduğundan icmalımıza bu xalqın musiqi folklorundan başlamaq istərdim...

Din Kənddə Şambul kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .

İstinadlar

Xarici keçidlər Balakən Rayonu http://www.azstat.org/region/az/005_1.shtml Balakən Rayonu

Kateqoriya:Balakən rayonunun kəndləri