Əmirxanlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində kənd.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Əmirxanlı kəndinin keçmiş adı Püşənli olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Püşənli tayfasına mənsub Əmirxan adlı bir nəfər salmışdır. Əslində, əmirxanlı Şahsevən tayfa ittifaqına daxil olan tayfalardan birinin adı olub. Dəvəçi rayonu ərazisində də bu ad qeydə alınmışdır. Etnotoponimdir.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri