Sərkar — Azərbaycan Respublikasının Göygöl rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Sərkar oyk., sadə. Samux r-nunun eyniadlı i.ə.v.-də və Bolçalı i.ə.v.-də iki kənd. Yaşayış məntəqələri keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. XII əsrin əvvəllərində sərkarlarm bir neçə tirəsinin adı çəkilir və onlar haqqında məlumat verilirdi. Gəncə-Qazax düzənliyindədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 366 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Göygöl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göygöl rayonunun kəndləri