Şovut — Azərbaycan Respublikasının Yardımlı rayonunun Telavar kənd inzibati ərazi dairəsində kənd. Telavar, Porsova, Jiy və Horonu kəndləri ilə sərhəddaşdır. Hal–hazırda kəndin əhalisi 255 nəfərdən ibarətdir.

İqtisadiyyat Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur.

Tarix Keçmişdə Şovut kəndi də Telavarın parçası idi.

1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.

1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.

İstinadlar

Kateqoriya:Yardımlı rayonunun kəndləri