Aleksandr Sergeyeviç Demyanenko (; ) — Sovet və Rusiya aktyoru, RSFSR-in xalq artisti (1991).
Həyatı Aleksandr Sergeyeviç Demyanenko 30 may 1937-ci ildə anadan olmuşdur. O, ən tanınmış rus aktyorlarından biri idi. Onun ifa etdiyi Şurik rolu ötən əsrin 60-cı illərində komediya aləmində ən məşhur obraz sayılırdı.
Sverdlovskda 37 saylı məktəbi uğurla bitirdikdən sonra Demyanenko aktyorluq sənətinə yiyələnmək qərarına gəlir. Bu sahə üzrə təhsil aldıqdan sonra o, Mayakovski adına teatrın səhnəsində bir neçə rol ifa edir. Bundan sonra Aleksandr paytaxtı tərk edir və ömrünün sonuna qədər yaşayacağı Leninqrada gedir.
О 1984-cü ildən Akimov adına komediya teatrının aktyoru kimi çalışmağa başlayır. A. Demyanenko bu teatrın səhnəsində bir sıra parlaq obrazlar canlandırır. "Don Pedro" tamaşasındakı rolu Demyanenkonun son işlərindən biri olmuşdu.
Kino fəaliyyəti A. Demyanenkonun kino fəaliyyəti Aleksandr Alov və Vladimir Naumovun "Külək" filmindəki rolu ilə başlayır. Bu film 1958-ci ildə ekranlara çıxmışdı. Daha sonra elə həmin rejissorların daha bir filmində çəkilən Demyanenko yenə uğur qazanır. Hətta iş o yerə çatır ki, həmin ekran əsəri Venesiya festivalında iştirak edir. Elə həmin ildə aktyor daha 2 filmə – "Dima Qorinin karyerası" və "Böyük uşaqlar"a çəkilir. Tezliklə Aleksandr Demyanenko Mayakovski adına teatrı tərk edib "Lenfilm" kinostudiyasında fəaliyyətə başlayır.
"I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən sonra Demyanenko komediya aktyoruna çevrilir. Leonid Qaydayın hər üç filmi – "I" əməliyyatı", "Qafqaz əsiri" və "İvan Vasilyeviç peşəsini dəyişir" hələ o zaman sovet komediya kinosunun "qızıl fond"una daxil olmuşdu.
Çox keçmədən rejissorlar maraqlı rolları Demyanenkodan əsirgəməyə başladılar. Lakin aktyor həmin dövrdə televiziyada ən gözlənilməz obrazlar və hətta monotamaşalarla çıxış etməyə başladı.
Aleksandr Demyanenko ən məşhur dublyaj aktyorlarından biri idi. Belə ki, onun səsilə ekranlarda Ömər Şərif, Jan-Pol Belmondo, Uqo Tonyassi, Robert de Niro, Stiv Buşemi, Con Voyt və b. aktyorlar danışırdılarинтервью с Александром Демьяненко "Не слишком радостные приключения Шурика" Дмитрий Савельев ссылка проверена 12 февраля 2009.
1968-ci ildə A. Demyanenko Leninqrad televiziyasında qısametrajlı "Müqəddəs yalan" qısametrajlı filminə quruluş verir. A. Demyanenko eləcə də uğurla "Çiyələk" serialında çəkilmişdi. 1991-ci ildə ona Rusiyanın xalq artisti fəxri adı verilmişdir.
Aleksandr Sergeyeviç Demyanenko 22 avqust 1999-cu ildə ürək çatışmazlığından vəfat etmiş və Sankt-Peterburqda dəfn olunmuşdur.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1959 Külək Ветер Mitya1959 Hər şey yoldan başlayır Всё начинается с дороги Gennadi1959 Yaşıdlar Сверстницы fotoqraf1961 Dikanka yaxınlığında xutor axşamları Вечера на хуторе близ Диканьки oğlan1961 Böyük uşaqlar Взрослые дети İqor Nikolayeviç Vinoqradov1961 Dima Qorinin karyerası Карьера Димы Горина Dima Qorin1961 Beş gün, beş gecə Пять дней, пять ночей əsgər1962 Boş reys Порожний рейс Pavel Sirotkin1963 Birinci trolleybus Первый троллейбус Sergey1963 Fövqəladə komissiyanın əməkdaşı Сотрудник ЧК Aleksey Mixalyov1964 Dövlət əhəmiyyətli cinayətkar Государственный преступник Andrey Polikanov1965 "I" əməliyyatı və Şurikin başqa macəraları Операция "Ы" и другие приключения Шурика Şurik1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları Кавказская пленница, или Новые приключения Шурика Şurik1968 Uqrümçay Угрюм-река İlya Soxatıx1969 Sabah, aprelin 3-ü… Завтра, третьего апреля… milis leytenantı1970 Kabildə tapşırıq Миссия в Кабуле Smıkov1970 Mənim əziz atam Мой добрый папа Vladimir İvanoviç İvanov1971 Köhnə həyatın dramı Драма из старинной жизни dəli1971 Bağda На даче Mitya1971 Lyonya, məni tap! Найди меня, Лёня! casus1972 Salam və sağ ol Здравствуй и прощай kolxoz sədri1972 Pompeyin son günləri Последние дни Помпеи Filimon Kuper1972 Musiqi müəllimi Учитель пения Valeri Sergeyeviç1973 İvan Vasilyeviç peşəsini dəyişir Иван Васильевич меняет профессию Aleksandr Sergeyeviç Timofeyev1973 Açıq kitab Открытая книга Andrey Lvov1973 Ağıllı şeylər Умные вещи satıcı1974 Yad varis Незнакомый наследник işçi-bayançalan1974 Qışın son günü Последний день зимы 1974 Qəribə böyüklər Странные взрослые Yevgeni Pavloviç Nalivayko1975 Yeganə Единственная Hesablayıcı Mərkəzin əməkdaşı1975 On bir ümid Одиннадцать надежд Volodya1977 Səmada durna Журавль в небе Andrey Zabolotnı1978 Hər şeyi bircə an həll edir Всё решает мгновение Martınov1978 Kirpi Ёжик Aleksandr Sergeyeviç1978 Torpağın duzu Соль земли Semyon Vasilyeviç Qribkov1978 Qışın sonunda görüş Встреча в конце зимы Kudryavı1979 Arvad getdi Жена ушла Stepan1979 Yarasa Летучая мышь vəkil Blindt1979 Bülbül Соловей Mexanikus1981 Sağ qalanlar arasında itkin düşənlər Пропавшие среди живых Yuri Yevgenyeviç Belyançikov1981 Qafqaz dağlarına səyahət Путешествие в Кавказские горы Nikolay İvanoviç1981 Yoldaş İnnokenti Товарищ Иннокентий 1983 Yaşıl furqon Зелёный фургон Viktor Prokofyeviç Şestakov1983 Hadisə yeri Место действия Zakrjevski1983 Səni heç vaxt unutmayacağam Я тебя никогда не забуду hospitaldakı yaralı1984 Mehriban, əziz, sevimli, yeganə… Милый, дорогой, любимый, единственный… milis kapitanı1984 Qoca sehrbazın nağılları Сказки старого волшебника adamyeyən1984 Üç faiz risk Три процента риска Vladimir Loginoviç Katasonov1985 Böyüyəndə Когда становятся взрослыми Mityanın atası1986 Köhnə silah haqqında ballada Баллада о старом оружии sürücü İvanov1987 Gümüş simlər Серебряные струны Yeqor Arxipoviç Sukonkin1988 Tamara Aleksandrovnanın əri və qızı Муж и дочь Тамары Александровны Slava əmi1988 Emma Эмма 1989 Parlaq şəxsiyyət Светлая личность həkim Spravçenko1990 İmperatorun addımları Шаги императора qoşun komandiri1991 Milyon dəyərində oyun Игра на миллионы Roman Jukov1992 Ağ paltarlar Белые одежды Boris Nikolayeviç Poray1992 Reket Рэкет Qavrila İvanoviç Obozov1995 Ev Дом 1996 Çiyələk Клубничка Valerian Makaroviç
İstinadlar .
Xarici keçidlər
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:XX əsr aktyorları