Sahiloba (keçmiş rusca adları – Saratovskoye (Саратовское), Saratovka (Саратовка)) — Azərbaycan Respublikasının Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Sahiloba kəndi Salyan düzənliyindədir.

Yaşayış məntəqəsini vaxtilə Rusiyanın Saratov vilayətindən köçürülmüş ruslar "Saratovskoye" adı ilə salmışdılar. Kəndin adı sonralar sadələşdirilərək Saratovka adlandırılmışdır.

Azərbaycan Respublikasının Milli Məclisinin 18 dekabr 2007-ci il tarixli qərarı ilə Saratovka kəndinin adı Sahiloba olaraq dəyişdirilmişdir.

İstinadlar

Xarici keçidlər Sahiloba

Mənbə Azərbaycan Respublikasının Milli Məclis № 515-IIIQ qərarı.

Kateqoriya:Neftçala rayonunun kəndləri