Kürsəngi — Azərbaycan Respublikasının Salyan rayonunun Kürsəngi kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kəndin ərazisində Kürsəngi dağı yerləşirki, burada da "Kürsəngi palçıq vulkanı" və "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Kürsəngi yatağıda bu ərazidə yerləşir.

Kənd əhalisinin bir qismi Qobustan rayonunun Çelov kəndi ərazisindən 1948–1949-cu illərdə 150 təsərrüfat kəndin ərazisinə köçmüşdür. Çelov kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə Təpəli, Axundlu, Yolqırağı, Alyar və sair qışlaqları olmuşdur. Çelov kəndinin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Sonralar Çelov kəndinin camaatının bir hissəsi Kürsəngi kəndində məskunlaşmışdır. Keçən əsrin ortalarında 1 №-li sovxozun 3 №-li Şöbəsinin malikanəsi yanında salınmış qəsəbə 1965-ci ildən yaxınlığındakı Kürsəngi dağının adı ilə adlandırılmışdır. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq– Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi–Kürdaşı olaraq və s. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Salyan rayonunun Kürsəngi qəsəbəsi Varlı kənd sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Kürsəngi kənd soveti yaradılmışdır.

Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur. thumb|Kəndin ərazisindən Kürsəngi dağının görünüşü thumb|Dağdan Kürsəngi kəndinin görünüşü

Coğrafiyası və iqlimi Kürsəngi kəndi Cənub–Şərqi Şirvan düzündə yerləşir.

Əhalisi Kənd ərazisində təxminən 4000 nəfərdən çox əhali yaşayır.

Birinci və İkinci Qarabağ müharibəsi Şəhidləri:

Mayılov Qarabala. Atamoğlanov Əbülfət. Həmidov Əmrah. İmanov Səməndər.

Görkəmli şəxslər: Əlipənah Bayramov (1946–2022) — Jurnalist, Xalq qəzetinin keçmiş şöbə müdiri, Əməkdar mədəniyyət işçisi. Zakir Bayramov — Əməkdar müəllim.

Din Kənddə "Hacı Səftər" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Xarici keçidlər http://www.azerbaijanphoto.com/cgi-bin/site/main2.cgi?choice=thelast;l=0;id=27352;s=3857

Həmçinin bax Kürsəngi dağı

Kürsəngi küp qəbirləri nekropolu

Kürsəngi palçıq vulkanı

Kürsəngi yatağı

Kateqoriya:Salyan rayonunun kəndləri