Məzmun Filmin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir. Filmdə Ermənistan tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edilir. Ermənistan xüsusi orqanlarının əli ilə Azərbaycan dövlətinə və onun başçısına qarşı terror aktı hazırlanır. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarına rəhbərlik edən beynəlxalq terrorçu Zorik Babayan (Kazım Abdullayev) Ermənistan dövləti tərəfindın Azərbaycanın dövlət başçısını öldürmək tapşırığı alır. Görülən operativ əməliyyatlara baxmayaraq Zorik Babayan Bakıya gəlməyə müvəffəq olur. Bundan əlavə, bir qrup satqın terrorçunun zərərsizləşdirilməsinə mane olmağa çalışır. General Əli Talıbova (Elşən Rüstəmov) terror aktının qarşısını almaq tapşırılır. Vətənə, dövlətə, insanlara sevgi aşılayan bu filmdə Natəvanla (Sevinc Əlişova) Əlinin məhəbbəti filmin melodram xəttinin əsasını təşkil edir.

Film haqqında Film 400 min dollara başa gəlib. Film Bakıfilm kinostudiyasının ən yaxşı siyasi-tarixi filmidir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Vahid Mustafayev (Vahid Naxış kimi) Quruluşçu rejissor: Məsud Abpərvər Quruluşçu operator: Haşem Gerami Bəstəkar: Arman Musapur Səs rejissoru: Əsgər Abqun Baş prodüser: Vahid Mustafayev Montaj edən: Bəhram Abpərvər İkinci rejissor: Əliqulu Səmədov, Naili Süleymanzadə Səhnələrə məsul: Məryəm Mehdiniya Operator: Hikmət Əsgərov İcraçı prodüser: Rafiq Əliyev

Rollarda Elşən Rüstəmov — Əli Talıbov Kazım Abdullayev — Zorik Babayan Sevinc Əlişova — Natəvan İlqar Musayev — Malik Nazir Rüstəmov — Robert Köçəryan Əlibala Ələsgərov — Serj Sarkisyan Məzahir Süleymanov — Vladimir Mujaylo Namis Şirməmmədov — Robik Şahmar Qəribli — professor Əliqulu Səmədov — Beydulla Fətəliyev Telman Əliyev — polis rəisi Nurbalayev Ramin Şıxəliyev — növbətçi polis nəfəri Toğrul Rza — Abbas Elxan Rza — Məmmədov Zümrüd Qasımova — pozğun qadın Məhərrəm Musayev — mitinqdə kişi Novruz Qartal — erməni polis rəisi Yalçın Səlimov — lift təmirçisi Rauf Ağakişiyev — lift təmirçisi Habil Hümbətov — gözətçi Aliyə Mikayılova — Zorikin anası Rahib Əliyev — Zorikin atası Fazil Mürsəlbəyov — taksi sürücüsü Qurban Səlimov — prezident Bəxtiyar Quliyev — prezidentin köməkçisi Arzu Şahverdiyev — icra başçısı Sevda Həsənova — icra başçısının müavini Vüqar Hüseynov — mühafizəçi Urfat Quliyev — mühafizəçi Elçin Qəyami — mühafizəçi Ramin Qədimov — mühafizəçi Nazim Qurbanov — mühafizəçi Samir Əliyev — mühafizəçi

İstinadlar

Xarici keçidlər YouTube-da filmi izlə TVSeansda filmi izlə

Kateqoriya:2008-ci ilin Azərbaycan filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Triller filmləri