Dayıkənd — Azərbaycan Respublikasının Salyan rayonunun Sarvan kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Salyan düzündədir. Ədəbiyyatlarda Daykənd variantında verilmişdır. Tədqiqatçıların fikrincə, kəndin əsl adı Dəyəkənddir. Azərbaycan dilində dayə "daxma, koma, yaylaq" və ya "qışlaqda müvəqqəti yaşayış evi, alaçıq" mənasındadır. Belə ehtimal edilir ki, kənd köhnə dəyələri olan qış yurd yerində salındığına görə Dəyəkənd adlanmış, sonralar isə toponim dəyişikliyə uğrayaraq indiki Şəklinə düşmüşdür, lakin keçən əsrin əvvəllərində Azərbaycan ərazisində Daykənd və Daylaxlı adlı bir neçə kənd qeydə alınmışdır ki, bunlar da atçılıqla bağlı yaranan coğrafi adlardır. Dayıkənd oykonimini də bu coğrafi adlardan biri hesab etmək olar. Day birillik at balasıdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Din Kənddə Dayıkənd kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Kateqoriya:Salyan rayonunun kəndləri