Bibiyani — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. Rayon mərkəzindən 31 km cənub–şərqdə, Lənkəran şəhərinin sağ sahilinin 4 kilometrliyində, Peştəsər silsiləsinin yamacındadır.

Əhalisi Əhalisi 995 nəfərdir (2008).

Tarixi Bibiyani Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Tədqiqatçılara görə, qismən təhrifə uğramış bu toponimin əsli Bibəhonidir. Toponim Talış dilindəki bib (heyva) və honi (bulaq) sözlərindən ibarət olub, "heyvalı bulaq" mənasındadır. Kənd ərazidəki eyniadlı bulağın adını daşıyır. Bibiyanı (1917), Bibiyoni (1961) variantlarında da qeydə alınmışdır. Hidronimin bibi (fars. "xanım") və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət olub, "xanım bulağı" mənasında olduğunu da ehtimal etmək olar. Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Xanım bulağı adlı su obyekti məlumdur."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.133

Əhalinin məşğuliyyəti Əhali heyvandarlıq və əkinçiliklə məşğuldur. Kənddə ümumi orta məktəb, kitabxana, tibb məntəqəsi var.

Din Kənd əhalisi İslam dininə mənsubdur. Kənddə Bibihoni kəndi məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR – 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Mənbə Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı.2013. səh.17.

Həmçinin bax Barzavu Babagil Bilnə

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri