Çiçəkli— Azərbaycan Respublikasının Sabirabad rayonunun Muğan Gəncəli kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 1424 nəfərdir (2009).

Tarixi Kənd Muğan düzündədir. Keçmiş adı Təzəkənd(təzə salınan kənd) olmuşdur. Sonradan ərazidə dövlət tərəfindən evlər tikilmiş, Yardımlı, Astrxanbazar(indiki Cəlilabad) və Qərbi Azərbaycan ərazisindən deportasiya edilmiş əhali kənddəki adı çəkilən evlərdə məskunlaşdırılmış və təzə salınan kənd mənasını verən Təzəkənd adını almışdır. Evlər tikilən ərəfədə yerli əhali tərəfindən həmin ərazi ,  "Ağ evlər" (evlər ağ əhənglə rəngləndirildiyi üçün) adlandırılmışdır. Rəmzi məna daşıyır.

İstinadlar

Kateqoriya:Sabirabad rayonunun kəndləri