Cavad — Azərbaycan Respublikasının Sabirabad rayonunun Cavad kənd inzibati ərazi dairəsində kənd. Tarixi Şirvanşahlar və Səfəvilər dövlətinin şəhəri, sonradan 18-ci əsrdə mövcud olmuş eyni adlı Cavad xanlığının və 1868-ci ilin fevralında yaradılan Cavad qəzasının (1916-cı ilədək) mərkəzi.

Cavad şəhəri

Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, burada sənətkarlıq və ticarət daha çox inkişaf etmişdir. Səfəvi-Osmanlı müharibələri dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmişdir. 1606–1607-ci illərdə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar. Cavad XVIII əsrin ortalarından Cavad xanlığının mərkəzi idi. Azərbaycanın və İranın bir sıra şəhərləri ilə ticarət əlaqələri saxlayırdı.

Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları — ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551–1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671–1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir–birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. "Moskva kompaniyası"nın agenti olan tacir–səyahətçi Antoni Cenkinson bildirir: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gozəl sarayının yerləşdiyi CAVAD (Javate) şəhərinə çatdım". Səyyah Adam Olearinin fikrinə görə "cavas" sözündən qaynaqlanır, keçid–bərə mənasını verir. O, 1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. O, bəylərbəyidən sərbəst ticarət icazə verən bir sənəd də alır. A. Cenkinsonun xatirələrində surəti saxlanılan bu sənəddə bəylərbəyi onun Cavad şəhərindəki sarayında yazıldığını, hakimiyyətdə olduğunun 12-ci ilində möhürlə təsdiq edildiyini bildirir və özünü "Şirvan və Girganın hakimiyyət başında olan padşahı" adlandırır. Cavad XVII–XVIII əsrlərdə də böyük qəsəbə olmuşdur. Səyyahlardan Övliya Çələbi, İ. Lerx, İ. Qerberq Şirvanın başqa nahiyələri ilə yanaşı Cavadda da ipək parçalar, xalçalar və digər şeylər istehsal edən böyük feodal toxucu ustalarının birləşdikləri "fabrik və manifakturalar" olduğunu görmüş və bu barədə də öz fikirlərini yazmışdır. İ. Q. Qerberq Cavad yaşayış məntəqəsi haqqında 1726-cı ilə dair məlumatlarında qeyd edir ki, Cavad sərhəd zolağında, həm də Rusiyanın tərəfində yerləşir. Onun ətrafında çoxlu tut bağları var və iranlıların hakimiyyəti dövründə buradan ipək qurdu bəsləmək üçün çoxlu məhsul yığılırdı və eyni zamanda çoxlu ipək istehsal olunurdu. Cavad qəsəbəsində isə müxtəlif ipək parçalar istehsal etmək üçün manufaktura olmuşdur. Lakin həmin müəssisə qiyamçılar tərəfindən dağıdılmışdır və yaxın vaxtlarda bərpa olunana oxşamır. Əvvəllər buralarda yaşayan əhali isə dağılışmış, yeni hücumlardan çəkinərək yaşayış yerlərinə qayıtmaq istəmirlər. Qazıqumuxlu Surxay xan və Hacı Davudun başçılığı altında dağlı qiyamçılar 1720-ci ildə tarixi Şirvan torpağının digər bölgələri kimi Cavadı və onun ətrafında olan kəndləri də dağıtmışdılar. 1726-cı ilin payızında general — leytenant Ştof başda olmaqla rus qoşunları Kür çayı üzərindəki Cavad qəsəbəsinə daxil oldular. Qəsəbə Kür üzərində yerləşirdi və qiyamçılar tərəfindən həddindən artıq dağıdılmışdı. Sərhəd Kür çayı ilə Araz çayları ətrafındakı tut bağlarından keçirdi.

Kür çayı üzərində və Araz çayının Kürə töküldüyü yerlə üzbəüz yerləşən, əvvəllər böyük şəhər olan Cavad haqqında indi yalnız xatirələr yaşayır. Səfəvilər dövləti dağılmasından sonra adıyla eyni olan xanlığın mərkəz şəhəri olmuşdur. Azərbaycan xanlıqlarının işğalı prosesində çarizm gəmiçiliyin inkişafı üçün əlverişli yer : ayılan Cavadda gömrük məntəqəsinin yaradılmasını da yaddan çıxartmamışdı. Pavel Sisiyanovun Nikolay Rumyantsevə 29 avqust 1805-ci il tarixli 594 saylı təqdimatında sözügedən məsələ haqqında məlumat verilir. Cavad bu dövrdə hətta XIX əsrin birinci yarısında da avropalıların da istifadə etdikləri dəniz və quru ticarət yolunun üstündə mühüm məntəqə olmuşdur. Həştərxan–Rəşt yolu adlanan bu xəttin bir qolu da "Şamaxı–Cavad" və "Cavad–Lənkəran" olmuşdur. Cavad yolu el arasında da çox şöhrətli olmuşdur. Bununla əlaqədar olaraq hətta belə bir bayatı da yaranmışdır:

Bu yol Cavada gedər,

Dönər Cavada gedər.

Uçubdur könlüm quşu,

Gör nə havada gedər.

Nəhayət, bu da məlumdur ki, qraf Valerian Zubov çar qoşunları ilə Azərbaycana gələndə 1795-ci il noyabrın 21-də Cavad yaxınlığında düşərgə salmışdı. İki çayın qovuşduğu bu ərazidə o vaxt Yekaterinoserd adlı bir şəhər salmaq, orada iki minə yaxın çar əsgəri yerləşdirmək, onları bura gətiriləcək erməni və gürcü qızları ilə evləndirmək, torpaq və kənd təsərrüfatı alətləri ilə təmin edib məskunlaşdırmaq istəyirdilər. Həştərxandan gələn gəmilər yükünü burada boşaltmalı idi. Bu şəhərdən Gürcüstan, Gəncə, Bakı, Salyan, Şamaxı ilə əlaqə yaratmaq, İranla ticarətdə dayaq məntəqəsi kimi istifadə etmək niyyətində idilər. Bu ildə çoxdan düşünülmüş Cavad şəhərini yaratmaq üçün çiy kərpicdən ilk ikimərtəbəli bina və pravoslav kilsəsi tikilir. Lakin sonradan şəhər salmaq fikrindən əl çəkilir.

Tarixi Sabirabad rayonunun ən qədim kəndlərindən biridir. Cavad 1768-ci ildə Quba xanlığına tabe edildi.</blockquote> Lakin Cavadda xan hakimiyyəti saxlanıldı. Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra imperiyanın köçürmə siyasəti ilə əlaqədər Cavada xeyli Rus əhalisi köçürüldü.

Tarixin bir az dərin qatlarına nəzər salsaq, onda görərik ki, V–VII əsrlərdən X əsrə qədər Mil və Muğan düzlərində sıx oturaq əhali yaşamış və bu düzənliklərdə çoxlu suvarma kanalları qazılmış, böyük əkin sahələri və zəngin bağlar salınmışdı. Xanlıq dövründə isə Muğanda yerləşən yaşayış məskənləri bərbad vəziyyətdə idi. XVI–XVII əsrlərdə baş vermiş Osmanlı–Səfəvi müharibələri Muğan düzündə əkinçilik mədəniyyətinin dirçəlməsinə imkan vermirdi və Muğançöldən daha çox qışlaq yeri kimi istifadə olunurdu. Muğan düzünün böyük bir hissəsinə sahib olan Cavad xanlığı–Ərdəbil, Qaradağ, Gilan xanlıqları ərazisindən — Muğançöldə qışlamaq üçün axışan Şahsevən tayfaları qarşısında aciz idi. Tarixi məxəzlərdə Cavad xanlığını idarə etmiş iki xanın — Həsən xanın və Səfi xanın adı saxlanılmışdır. 1780-ci ildə Bakıda olmuş konsul Tumanovski Cavadlı Həsən xanın Kür və Araz çaylan arasında olan əraziləri idarə etdiyini və Fətəli xandan asılı olduğunu təsdiq edir. Həmin dövrdə Cavad xanı Muğanı da idarə edirdi. Bumaşevin 1786-cı ilə dair tarixi məlumatında Muğançöldə yaşayan əhali haqqında qeydlər vardır. O, yazırdı ki, burada Həsən xanın başçılığı altında 1500 ailədən ibarət köçərilik edən tərəkəmə elləri yaşayır.

Onların özünəməxsus dili var və məhəmmədi dininə inanırlar.ARDTA, iş.581 Həsən xan Fətəli xandan asılıdır. Mənbələr Cavad xanlığı əhalisinin dilini tatarca, qarışıq türk dili kimi göstərir. Beləliklə, XVIII əsrin 80-ci illərində Muğan xanlığında azəri türkcəsində danışan 1500 ailənin hər birini orta hesabla 6 nəfər götürsək, onda bu erazidə 8000 nəfər əhali yaşadığı məlum olar. Rus hərb tarixçisi P. Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi — 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. Xanlığın Rudbar mahalına daxil olan kəndlərin əhalisinin sayı isə rus zabitinin tarixi qeydlərində göstərilmir. XVIII əsrin 80-ci illərində Cavadda əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığın Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. Xanlığın Rudbari mahalına daxil olan kəndlərin əhalisinin sayı isə rus zabitinin tarixi qeydlərində göstərilmir. XVIII əsrin 80-ci illərində Azərbaycan xanlıqlarında əhalinin siyahıya alınması keçirilmədiyindən polkovnik Bumaşevin Muğan əhalisinin ümumi sayı haqqındakı məlumatları elmi baxımdan şübhə doğurmaya bilməz. Belə ki, Bumaşev digər Azərbaycan xanlıqlannda (Dərbənd, Şəki) yaşayan xristian əhalinin sayım xeyli şişirdir və onun tarixi qeydləri digər statistik qaynaqlarla təsdiqlənmir. Beləliklə, yuxarıdakı rəqəmlər öyrənilən dövrün tarixi reallığım tam əks etdirmir, çünki qışda maldarlığın inkişafı üçün təbii otlaqlarla zəngin olan Muğan düzənliyinin və Cavad bölgəsinin əhalisi gəlmə əhali hesabına xeyli çoxalırdı. XIX əsrə dair tarixi qaynaqlann birində Şirvan əyalətinin tarixi coğrafiyası ilə bağlı qeydlərdə Muğançölün əhalisi haqqında ötəri məlumat verilir. Bu əyalətin əhalisinin sayı ciddi dəyişikliyə məruz qalmışdır. Deyilənlərə görə, təkcə Muğan düzü 40000-ə qədər ailənin məskunlaşdığı yer olmuşdur. Doğrudan da Cavad bölgəsi, həmçinin Muğançöl Rusiya işğalına qədər Araz çayının (o taylı — bu taylı) həm şimalında, həm də cənubunda yerləşən Azərbaycan xanlıqlarının tərəkəmə əhalisinin təbii qışlaq yeri olmuşdur. Rusiya işğalından sonra isə bu ənənə pozulmuşdur. XVIII əsrdə Cavad xanlığında da əhalinin sayımı keçirilmədiyindən buraya gələn və gedən əhalinin miqdarındakı fərqi müəyyən etmək mümkün deyildir. Lakin, buna baxmayaraq, mənbələr Cavad xanlığında yerləşən kəndlərin əhalisinin tarixi–demoqrafik durumu haqqında müəyyən məlumat verməkdədir. Muğan bölgəsi əhalisinin tərkibinə mənfi təsir göstərmiş amillərə nəzər yetirək. Hələ Cavad xanlığı yaran mamışdan xeyli qabaq buranın əhalisi müəyyən demoqrafik dəyişikliyə məruz qalmışdı. Rusiya çarı və İran şahı II Təhmasib arasında 1723-cü il. Osmanlı Portası ilə 1724-cü il müqavilə traktatlarına görə Cavad üç ölkənin sərhəd məntəqəsinə düşüb. 1724-cü il 24 iyun Osmanlı Türkiyəsi ilə Rusiya arasındakı İstanbul müqaviləsinə əsasən Azərbaycan torpaqları iki yerə parçalanmış Türkiyə və Rusiyaya keçən torpaqlar arasında üç sərhəd ayırıcı qoyulurdu. Üçüncü mərəz Kür ilə Arazın kəsişdiyi Suqovuşan adlı yerə düşürdü. Əlbəttə, belə bir siyasi şəraitdə yerli əhalinin əvvəlki yaşayış yerlərinə qayıtması qeyri — mümkün idi. Göstərilən bölgədə sərhədçilər yerləşdirilirdi. Şəhərin dağıdılmasını digər qaynaqlar da təsdiq edir. Osmanlı Türkiyəsi, Səfəvi dövləti və Rusiya dövlətlərinin sərhədləri Cavadda kəsişirdi. Bölgüyə görə Cavad Rusiyanın payına düşürdü. Beləliklə, hələ Azərbaycan xanlıqlar yaranmamışdan xeyli qabaq Muğan və Cavad əhalisi ciddi demoqrafik dəyişikliyə məruz qalmışdılar.