Qara bəy Əliverdilər (tam adı: Qara bəy Rəhim bəy oğlu Əliverdilər; ) — ictimai-siyasi xadim, Azərbaycan Parlamentinin üzvü.
Həyatı Rəhim bəyin ikinci oglu Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa şəhərində real məktəbi bitirmişdi. ADR dönəmində parlament üzvü olmuşdu. Əliverdilər soyadı ilə məşhur idi. Qara bəyin 3 qız övladı (Şövkət, Dilguşə, Adilə) olub.
Üzeyir bəy Hacıbəylinin anası Şirinbəyim xanımın əmisioğludur.
Ölümü Qara bəy 1929-cu ildə vəfat etmişdir.
Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti İttihad fraksiyası
Xarici keçidlər Azərbaycan xalq cumhuriyyətinin 80 illiyindən ADR-də Azərbaycan Parlamentinin Tərkibi
Mənbə Ənvər Çingizoğlu, Əliverdibəyovlar, "Soy" elmi-kütləvi dərgi, 2012, № 9, səh.30–39
İstinadlar
Kateqoriya:Şuşa real məktəbinin məzunları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:İttihad Partiyasının üzvləri Kateqoriya:İttihad Partiyası Mərkəzi Komitəsinin üzvləri