Qaraqoyunlu — Azərbaycan Respublikasının Ağsu rayonunun Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Şirvan düzündədir. Oykonim azərbaycanların etnogenezində iştirak etmiş qaraqoyunlu tayfasının adı ilə bağlıdır. Qaraqoyunlular türkdilli tayfa birləşməsidir. Bayraqlarında qara qoyun şəkli olduğuna görə belə adlanırdılar. XV əsrin axırlarında qaraqoyunluların bir hissəsi qızılbaş tayfalarının tərkibinə daxil oldular. XV–XVI əsrlərdə baharlı, qaramanlı, düyərli, alpout, hacılı, cəyirli, bayramlı və b. tayfalardan ibarət idilər.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Abidələri Kənd ərazisində tarixi iki tarixi memarlıq abidəsi yerləşir: Ağ günbəz və Qırmızı günbəz.
Ağ günbəzin divarları əl üsultı ilə kəsilib yonulmuş və cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda tikilmişdir. Abidənin bir giriş qapısı və üç pəncərəsi vardır. Giriş qapısının üstündə ərəb əlifbası ilə yazılmış kitabə yerləşir. Abidə hicri 1327-ci ildə (1909) tikilmişdir. Qırmızı günbəzin tarixi daha qədimdir. Abidə hicri 1286-cı ildə (1869–1870) inşa olunmuşdur. Divarları qırmızı bişmiş kərpicdən, səkkizüzlü prizma şəklində inşa edilmişdir.http://agsu-ih.gov.az/page/16.html Ağsu rayonunun tarixi abidələri
İstinadlar
Kateqoriya:Ağsu rayonunun kəndləri