thumb|200px|Bakı, Azərbaycanright|thumb|200px|Berlin, Almaniya right|thumb|200px|La - Pas, Boliviya thumb|200px|Yohannesburq, CAR thumb|200px|Kampala, Uqanda right|thumb|200px|Botanika bağı|Ankara, Türkiyə
Şəhər və ya Baylıq və ya Kənd və ya Uluş — əhali sayına görə böyük, mərkəzləşdirilmiş və ərazicə məhdud yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli infrastruktur, özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. Şəhərlərin sakinləri etnik, dil, sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola bilər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəhər anlayışı belədir:
Şəhər — əhalisinin sayı 15000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğun-da, kommunal təsərrüfatda, ictimai iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəz-ləri olan inzibati ərazi vahididir.
Şəhərlər elmi baxımdan mədəniyyətlərin yaxınlaşmasının ideal halı hesab edilir. Adambaşına düşən ərazi çox az olur. Bir qayda olaraq özünəməxsus mədəniyyətə və ciddi sosial təbəqələşməyə malikdir. Bu xüsusiyyətlər onları kəndlərdən və ya xüsusi məqsədlər üçün insanların cəmləşdiyi yaşayış məntəqələrindən ciddi fərqləndirir.
Yaşayış məntəqəsinin şəhər statusuna aid edilməsi hər ölkənin qanunları əsasında müəyyən edilir. Bu tələb müxtəlif ölkələrdə müxtəlifdir — Danimarkada 250 nəfər, Yaponiyada 50 min nəfər.
Etimologiya mənşəyi
Qədim Türk mənşəli “Kənd”, “Balıq”, “Baylıq” və əsli Pəhləvi dilindən olan “şəhər” sözləri Türk dilində eyni mənada işlənir. Orta Asiya türkləri arasında "Daşkənd", "Səmizkənd" (Səmərqənd), "Yarkənd" kimi bir çox böyük şəhərlər bu adlarla adlandırılmışdır. Qədim türklər bu sözü soğdlardan götürməzdən əvvəl “balıq” sözü şəhər sözü mənasında işlənmişdir. Bu söz şəhərləri qorumaq üçün tikilmiş divarların düzəldildiyi “gil” sözü ilə sıx bağlıdır. Şəhər sözü bir çox dillərdə sivilizasiya mənasını verən sözlərlə ifadə olunur. Məsələn, Yunan dilində “polis”, Ərəbcə “medina”, fransızca “cite”, İtalyanca “citta”, İspan dilində “ciudad”, Alman dili “stad” və Saksoniyadan Skandinaviyaya qədər qala və ya iqamətgah mənasını verən “burgh” . Latın dilində vətəndaşlıq mənasını verən "urbs" və "civitas" sözləri ilə müəyyən edilir.Dîvânü Lügâti’t-Türk’te Geçen Mimarlıkla İlgili Adlar
Şəhər planlaşdırılması və şəhərsalma Şəhərlərin planlaşdırılması ilə şəhərin memarlıq strukturu məşğul olur. Şəhərin düzgün fəaliyyət göstərməsi üçün onun nəqliyyat planlaşdırılması da vacibdir. Şəhərin inkişaf planı şəhərin inkişaf istiqamətini müəyyənləşdirir və beləliklə qarşıya çıxa biləcək neqativ halları, eləcə də urbanizasiyanın təsirini minimallaşdırmağa xidmət edir.
Şəhərlərin quruluşu Şəhərlər öz aralarında nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan yollarla əlaqələndirilir. Şəhərin daxilində yollar küçə şəklində paylanır, küçələrin kənarlarında binalar, evlər və başqa tikililər yaradılır. Binaların ətrafında sakinlərin hərəkəti üçün səkilər nəzərdə tutulur.
Şəhərdə binaların və tikililərin növləri: inzibati və hökumət binaları sənaye tikililəri zavod fabrik anbarlar yaşayış binaları və əhaliyə xidmət evlər mehmanxanalar dükanlar məişət xidməti binaları ictimai iaşə yerləri kafe restoran qəlyanaltıxana İstirahət guşələri parklar teatrlar mədəniyyət sarayları kinoteatrlar barlar thumb|266x266px|Tokio,Yaponiyasərgi salonlari diskotekalar və rəqs meydançaları ofis binaları. səhiyyə ocaqları thumb|201x201px|Seul,Cənubi Koreyatəhsil ocağı binaları idman qurğuları qəbristanlıq
Statistika 1900-cü ildə dünya üzrə şəhərlərdə yaşayan əhalinin sayı ümumi əhali sayının 14%-ni təşkil edirdi. XX əsrin sonunda bu rəqəm 47%-ə çatdı. Hazırda yer kürəsinin əhalisinin yarısı şəhərlərdə yaşayır
ilŞəhərlərin əhalisinin sayı 18040.5 mlrd. 19852 mlrd. 20023 mlrd.
Tədqiqatçılar göstərirlər ki, əgər inkişaf bu sürətlə gedərsə, şəhər əhalisinin sayı hər 38 ilə ikiqat artacaqdır. 1950-ci ildə dünyanın 83 şəhərində əhalinin sayı 1 milyonu keçirdi. 2000-ci ildə bu rəqəm 411 oldu.
2000-ci ildə 18 şəhər 10 milyonluq əhaliyə malik idi. 2005-ci ildə belə şəhərlərin sayı 20-ə çatmışdır.
1950196019701980199020002010 Tokio 11.0 mln.16.5 mln.21.9 mln.25.0 mln.27.9 mln.28.7 mln. Şanxay 11.2 mln.11.2 mln.13.5 mln.17.2 mln.21.5 mln. Mexiko 13.9 mln.15.1 mln.16.4 mln.18.2 mln. San Paulo 12.1 mln.14.8 mln.17.8 mln.20.1 mln. Osaka 10.0 mln.10.5 mln.10.6 mln.10.6 mln. Bombey 12.2 mln.18.1 mln.24.3 mln. Los-Anceles 11.5 mln.13.1 mln.14.0 mln. Pekin 10.9 mln.14.2 mln.17.8 mln. Kəlküttə 10.7 mln.12.7 mln.15.6 mln. Buenos-Ayres 10.6 mln.11.4 mln.12.0 mln. Seul 10.6 mln.12.3 mln.13.0 mln. Cakarta 14.1 mln.19.2 mln. Laqos 13.5 mln.20.8 mln. Tyansçin 12.4 mln.15.6 mln. Karaçı 12.1 mln.17.6 mln. Nyu Dehli 11.7 mln.15.5 mln. Manila 10.8 mln.13.7 mln. Qahirə 10.7 mln.13.2 mln. Moskva 10.5 mln.13.1 mln. Rio-de-Janeyro 10.2 mln.11.1 mln. Dəkkə 10.2 mln.16.0 mln. İstanbul 11.7 mln.
Avropada əhalinin 50%-i əhalisinin sayı az olan şəhərlərdə yaşayır (5-10 min əhali), 25%-i əhalisi 10-250 min olan, yerdə qalan 25%-i əhalisinin sayı 250 mindən artıq olan şəhərlərdə yaşayırlar. Şəhərlərin İnkişafı Şəhərlər inkişafına görə Alfa, Betta, Qamma və Kafi kateqoriyalarına bölünür. Şəhərlərin bu kateqoriyalara uyğun sinifləndirilməsi "Globalization and World Cities Research Network" adlı araşdırma məntəqəsi tərəfindən apaılır. GaWCRN 2020-yə görə şəhərlərin bölünməsi aşağıda göstərilmişdir. Alfa şəhərlər Alfa ++ şəhərlər Alfa ++ şəhərlər qlobal iqtisadiyyata görə ən inteqrasiya etmiş şəhərlərdir: London New York City Alfa + şəhərlər Alfa + şəhərlər London və New York-u tamamlayan digər yüksək inteqrasiya olunmuş şəhərlərdir və əsasən Sakit okean/Asiya üçün qabaqcıl xidmət ehtiyacları ödəyir. Pekin Dubay Hong Kong Paris Şanxay Sinqapur Tokyo Alfa Amsterdam (1) Brüssel Chicago Frankfurt Cakarta Kuala Lumpur Los Angeles Madrid Mexico Milan Moskva Mumbay São Paulo Sydney (1) Toronto Alfa - Banqkok (1) (1) Boston (1) Buenos Aires (1) Dublin Guangzhou (1) İstanbul (1) Johannesburg Lisboa Lüksemburq Manila Melbourne (1) Montreal München Yeni Dehli Praqa Ər Riyad San Francisco Santiago Seul (1) Şenzen Stokholm Taipei (1) Vyana Varşava (1) Zürich (1) Həmçinin bax Şəhər aqlomerasiyası
İstinadlar