Məhəmmədtağı Qaraqoyunlu () — XVII-XVIII əsrlərdə yaşamış azərbaycanlı alim.
XVII əsrin ikinci yarısında İraqda doğulmuş və uşaqlıq illərini də burada keçirmiş istedadlı Azərbaycan alimi XVIII əsrin əvvəllərində Hindistana köçmüş və özünün "Fərhəngi-türki" lüğətini burada yazmışdır. Alim lüğətin tərtibini hicri 1140-cı ildə (1727-ci il) Hindistanın Əhmədnaqar şəhərində tamamladığını qeyd edir.
Məhəmmədtağı Qaraqoyunlu dövrünün ən istedadlı poliqlotu olmuş və türk dilləri ilə yanaşı fars, ərəb, hind dillərini də yaxşı bilmişdir.
Mənbə
V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20-21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25-26.
Kateqoriya:Azərbaycan alimləri