Turşsu — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyu.Əli Polad. Bir damla su. I cild. Bakı, 2011.

Bu suyun mənbəyi Şuşa şəhərinin 17 km cənub-qərbində, Zarıslı çayının dərəsində 1700 m yüksəklikdədir. Bu su mikroelementlərlə zəngin olub, karbonatlı, hidrokarbonatlı, maqneziumlu, natriumlu, kalsiumludur. Minerallaşması 2,4 q/l-dir. Mədə-bağırsaq, öd kisəsi yuyulur, vanna edilir. Bu su ilə ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi və s. xəstəliklər müalicə olunur. Turşsu boru vasitəsilə Şuşa şəhərinə nəql edilirək və öz təyinatı üzrə istehlak edilirdi.

İstinadlar

Kateqoriya:Mineral sular Kateqoriya:Şuşa rayonunun su obyektləri