Kalmık dili — Monqol dillərindən biridir. Əsasən Kalmıkiyada, qismən də Astraxan, Rostov və Stavropol vilayətlərində, həmçinin Qırğızıstanın İsıkgöl gölünün sahilin-də yayılmışdır. İki dialektə bölünür: derbet və torqut. Fonetik biçimində damaq sinharmonizmi mühüm rol oynayır. Dəfələrlə əlifbà dəyişmələrinə məruz qalmışdır. 1938-ci ildən kiril əlifbasına keçmişdir.
Kateqoriya:Rusiya dilləri Kateqoriya:Çin dilləri Kateqoriya:Monqolustan dilləri Kateqoriya:Qırğızıstan dilləri Kateqoriya:Aqqlütinativ dillər