Rus Borisi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı kənd inzibati ərazi dairəsinin mərkəzidir.

Kənd Murovdağ silsiləsinin şimal dağətəyi zonasında yerləşir. Tarixi olaraq XIX əsrin 40-cı illərində Çar Rusiyası dövründə bölgəyə köçürülmüş molokan rus əhalisi tərəfindən salınmışdır. Yaşayış məntəqəsinin iqtisadiyyatını əsasən kənd təsərrüfatı — heyvandarlıq, əkinçilik və bağçılıq təşkil edir.

Tarixi Kəndin əhalisi əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülmüş rus kolonistlərindən ibarət olub. Sovet dövründə kənd xeyli böyümüş, kəndin əhalisi təxminən 2.000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb.

Toponimikası Rus Borisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1842-ci ildə Çar hökumətinin ucqarlara köçürdüyü Tambov və Saratov quberniyalarından olan duxobor və malakan ailələri salmışdır. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 251 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629. Hazırda kəndin 500 nəfərə yaxın əhalisi var, bunun 80%-ni azərbaycanlılar təşkil edir.

Həmçinin bax Goranboy rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri Kateqoriya:Şaumyan rayonunun kəndləri