Qarasuçu — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Qarasuçu kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini XIX əsrdə maldarlıqla maşğul olmuş qarasuçu adlı icma salmışdır. Toponimin tərkibindəki -çu şakilçisi əslində -lu şak.-sinin ekvivalentidir. Bu ad "Qarasu ətrafinda yaşayanlar, qarasulular" mənasını bildirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 383 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri